ABBASQULU AĞA BAKIXANOVUN UŞAQ ƏSƏRLƏRİNDƏ MAARİFÇİLİK İDEYALARI

Аннотация

Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - maarifpərvər şairi, yazıçısı, alimi, tərcüməçisi, eləcə də, Azərbaycanın ilk tarixçisi Abbasqulu ağa Bakıxanovun uşaq əsərləri araşdırılaraq təhlilə cəlb olunmuşdur. Qeyd olunmuşdur ki, A.Bakıxanov sırf uşaqlar üçün nəsihətlər, təmsillər, mənzum hekayələr yazmış, bu əsərlərdə ibrətamiz mövzulara toxunmuşdur. Ədib gənc nəslin maariflənməsi, bilik və savad əldə etməsi üçün həm folklor, həm Azərbaycan klassiklərindən, həm də dünya ədəbiyyatından bəhrələnərək yeni-yeni əsərlər yaratmış, bir-birindən maraqlı, əxlaqi-didaktik mövzulara müraciət etmişdir. Onun “Kitabi Nəsihəti, “Təkhzibi-əxlaq” kitablarında toplanmış nəsihətlər yetişməkdə olan gənc nəslin mənən formalaşmasına, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsinə yol açır.

Тип источника: Журналы
Годы охвата с 2023
inLibrary
Google Scholar
Выпуск:
Отрасль знаний
f
25-31

Скачивания

Данные скачивания пока недоступны.
Поделиться
Махмудова Şəlalə . (2025). ABBASQULU AĞA BAKIXANOVUN UŞAQ ƏSƏRLƏRİNDƏ MAARİFÇİLİK İDEYALARI. ИКРО журнал, (16), 25–31. извлечено от https://inlibrary.uz/index.php/iqro/article/view/133111
Crossref
Сrossref
Scopus
Scopus

Аннотация

Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - maarifpərvər şairi, yazıçısı, alimi, tərcüməçisi, eləcə də, Azərbaycanın ilk tarixçisi Abbasqulu ağa Bakıxanovun uşaq əsərləri araşdırılaraq təhlilə cəlb olunmuşdur. Qeyd olunmuşdur ki, A.Bakıxanov sırf uşaqlar üçün nəsihətlər, təmsillər, mənzum hekayələr yazmış, bu əsərlərdə ibrətamiz mövzulara toxunmuşdur. Ədib gənc nəslin maariflənməsi, bilik və savad əldə etməsi üçün həm folklor, həm Azərbaycan klassiklərindən, həm də dünya ədəbiyyatından bəhrələnərək yeni-yeni əsərlər yaratmış, bir-birindən maraqlı, əxlaqi-didaktik mövzulara müraciət etmişdir. Onun “Kitabi Nəsihəti, “Təkhzibi-əxlaq” kitablarında toplanmış nəsihətlər yetişməkdə olan gənc nəslin mənən formalaşmasına, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsinə yol açır.


background image

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 16, issue 02, 2025

ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Şəlalə Mahmudova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

filologiya üzrə fəlsəfə doktoru

shalale.makhmudova@mail.ru

ABBASQULU AĞA BAKIXANOVUN UŞAQ ƏSƏRLƏRİNDƏ MAARİFÇİLİK

İDEYALARI

Xülasə:

Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - maarifpərvər

şairi, yazıçısı, alimi, tərcüməçisi, eləcə də, Azərbaycanın ilk tarixçisi Abbasqulu ağa

Bakıxanovun uşaq əsərləri araşdırılaraq təhlilə cəlb olunmuşdur. Qeyd olunmuşdur ki,

A.Bakıxanov sırf uşaqlar üçün nəsihətlər, təmsillər, mənzum hekayələr yazmış, bu əsərlərdə

ibrətamiz mövzulara toxunmuşdur. Ədib gənc nəslin maariflənməsi, bilik və savad əldə etməsi

üçün həm folklor, həm Azərbaycan klassiklərindən, həm də dünya ədəbiyyatından bəhrələnərək

yeni-yeni əsərlər yaratmış, bir-birindən maraqlı, əxlaqi-didaktik mövzulara müraciət etmişdir.

Onun “Kitabi Nəsihəti, “Təkhzibi-əxlaq” kitablarında toplanmış nəsihətlər yetişməkdə olan gənc

nəslin mənən formalaşmasına, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsinə yol açır.

A.Bakıxanov “Tülkü və Qoyun”, “Yersiz iftixar”, “Qurd və İlbiz” təmsillərinin, “Hikmətin

fəziləti”, “Avamın nöqsan axtarması”, “Ümidin boşa çıxması”, “Xeyirli işin faydası”, “Qarı və

Harun” və s. mənzum hekayələrinin müəllifidir. Ədib bu əsərlər vasitəsilə gənc nəslə müsbət

keyfiyyətlər aşılamağa çalışmışdır. O, məktəbyaşlı uşaqları təvazökar, qoçaq, ağıllı, gözütox

olmağa səsləmiş, pis əməllərdən uzaq durmağa dəvət etmişdir.

Açar sözlər:

Klassik ədəbiyyat, folklor motivləri, nəsihətlər, təmsillər, mənzum hekayələr,

əxlaqi-didaktik mövzular

ENLIGHTENMENT IDEAS IN THE CHILDREN'S WORKS OF ABBASGULU AGHA

BAKIKHANOV

Abstract:

The article explores and analyzes the children's works of Abbasgulu Agha

Bakikhanov, a prominent figure in Azerbaijani literature — an enlightener, poet, writer, scholar,

translator, and also the first historian of Azerbaijan. It is noted that A. Bakikhanov wrote moral

advice, fables, and narrative poems specifically for children, addressing instructive and didactic

themes in his works. Drawing inspiration from folklore, Azerbaijani classical literature, and

world literature, the writer created new works, engaging with various interesting and ethical-

didactic topics. The advice found in his books Kitabi-Nasihat and Takhzib al-Akhlaq contributes

to the spiritual development of the younger generation and helps instill high moral values.

A. Bakikhanov is the author of the fables “The Fox and the Sheep”, “Unwarranted Pride”, “The

Wolf and the Snail”, and the narrative poems “The Merit of Wisdom”, “The Ignorant Seeking

Faults”, “The Disappointment of Hope”, “The Benefit of Good Deeds”, “The Old Woman and

Harun”, among others. Through these works, the writer aimed to instill positive qualities in the

younger generation. He encouraged school-aged children to be humble, brave, intelligent, and

content, and invited them to stay away from bad behavior.

Keywords:

classical literature, folklore motifs, moral advice, fables, narrative poems, ethical-

didactic themes


background image

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 16, issue 02, 2025

ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Giriş

Məlum olduğu kimi, XIX əsr - Azərbaycan uşaq ədəbiyyatının təşəkkül tapdığı, maarifçilik

ideyalarının vüsət aldığı bir dövrdür. Bu dövrdə Azərbaycanın siyasi-ictimai həyatında, eyni

zamanda, mədəniyyətində - incəsənət və ədabiyyat aləmində bir dönüş, bir dirçəliş, inkişaf

mərhələsidir. Dövrün maarifpərvər ziyalıları, ədibləri, digər nümayəndələri Azərbaycanın

tərəqqisində, onun hərtərəfli inkişafında əllərindən gələni əsirgəmir, bir yandan yeni üsullu

məktəblərin açılması, bir yandan anadilli dərsliklərin yazılması, bir yandan da vətən övladlarının

savadlanması naminə müəyyən işlər görürdülər. “Uzun illər müharibələrə məruz qalan

Azərbaycan Türkmənçay müqaviləsinə əsasən, Rusiya ilə İran arasında bölüşdürüldü. Cənubu

İranın, şimalı isə Çar Rusiyasının tərkibinə qatıldı. Bu ağır şəraitə baxmayaraq, Azərbaycanın

maarifpərvər ziyalıları ölkədə maarifçilik ideyalarını yaymağa çalışırdılar” [7, s.69]. Bu dövrdə

Azərbaycan ədəbiyyatı da özünəməxsus inkişaf yolu keçmişdir.

Tədqiqat

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Abbasqulu ağa Bakıxanov

uşaq ədəbiyyatının təşəkkülündə və inkişafında mühüm rol oynamışdır. Qüdsi təxəllüsü ilə

yazıb-yaradan A.Bakıxanov şair, yazıçı, alim, mütəfəkkir və tərcüməçi, eləcə

də, Azərbaycanın ilk tarixçisi hesab olunur. Ədib sırf uşaqlar üçün nəsihətlər, təmsillər, mənzum

hekayələr yazmış, bu əsərlərdə ibrətamiz mövzulara toxunmuşdur.

“Xalqımızın ictimai, mədəni fikir tarixində böyük yer tutan A.Bakıxanov ədəbiyyatımızda

maarifçiliyin əsas nümayəndəsi sayılır” [13, s.101]. Sənətkar gənc nəslin maariflənməsi, bilik və

savad əldə etməsi üçün həm folklor, həm Azərbaycan klassiklərindən, həm də dünya

ədəbiyyatından bəhrələnərək yeni-yeni əsərlər yaratmış, bir-birindən maraqlı, əxlaqi-didaktik

mövzulara müraciət etmişdir. Onun “Kitabi Nəsihəti, “Təkhzibi-əxlaq” kitablarında toplanmış

nəsihətlər yetişməkdə olan gənc nəslin mənən formalaşmasına, yüksək mənəvi keyfiyyətlərə

yiyələnməsinə yol açır.

Abbasqulu ağa nəsihətlərində deyir:

* Qəzəb vaxtı insanın halı pərişan olur. Özünü o halda hamı şeydən qırağa tut. Bir işi ki, eləmək

istədin, qəzəbin sakit olandan sonra elə.

* Bikarlıqdan qorx ki, hamı eyiblərdən pisdir. Bunu bilməlisən ki, heç bir şey aləmdə bikar deyil.

* O şey ki, özünə görə yaman sayırsan, özgənin haqqında rəva görmə, tainki onun cəzası

özgədən sənə qayıtmasın.

* Yaxşı əməldən iki dəfə ləzzət apararsan. Birisini o işi edən vaxtda, birisini də işin səmərəsi

sənə yetişən zamanda [9, s.278-279-280].

A.Bakıxanovun nəsihətləri 5-ci sinif dərsliyinə də salınmışdır. Bu nəsihətləri qələmə almaqla

ədib özündən əvvəlki ənənəni davam etdirmişdir. Ədibin “Elm və kamal əldə etməyi hər şeydən

daha əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edirlər” [5, s.176] nəsihəti N.Gəncəvinin oğlu

Məhəmmədə müraciətlə söylədiyi fikrlərlə səsləşir.

A.Bakıxanov nəsihətlərində gəncləri ədəb-ərkan sahibi olmağa, etik davranışlara, əxlaqi

keyfiyyətlərə yiyələnməyə dəvət etmişdir: “Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu

xasiyyətini bilərsə, doğru sözünə də inanmaz” [5, s.176]. Göründüyü kimi, burada ədib

“Yalançının evi yandı, heç kim inanmadı” atalar sözlərinə müraciət etmiş, bu fikri daha da


background image

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 16, issue 02, 2025

ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

genişləndirmiş və kiçik məktəbyaşlı oxucunun anlam səviyyəsinə uyğun olaraq izah etməyə

çalışmışdır.

Ədibin farsca yazdığı “Təhzibül-əxlaq” əsəri müqəddimə, 12 fəsil və nəticədən ibarətdir.

“Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara

hamilik, insanlarla yaxşı rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah

salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin

bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. “Təhzibül-əxlaq” əsərinin irəli

sürdüyü əsas əxlaqi məsələlərdir” [10, s.146].

A.Bakıxanov gənc nəsli mənən zənginləşdirmək məqsədilə təmsil janrına da müraciət etmişdir.

“Аzərbаycаn ədəbiyyаtındа mükəmməl təmsil jаnrının əsаsını А.Bаkıхаnоv qоymuşdur” [8,

s.85]. Onun “Tülkü və Qoyun”, “Yersiz iftixar”, “Qurd və İlbiz” adlı 3 təmsili vardır. Bundan

başqa, o, İ.A.Krılovun “Eşşək və Bülbül” təmsilini dilimizə tərcümə etmişdir.

“Tülkü və Qoyun” təmsilində riyakarlıq, acgözlük pislənir. Burada Tülkü çəmənlikdə tək-tənha

otlayan Qoyunu görüb onu aldadaraq yemək istəyir. Günlərlə ac qalan Tülkü Qoyuna gücü

çatmayacağını anlayaraq hiyləyə əl atır. Qoyunu inandırmağa çalışır ki, onun otladığı çəmənlik

dədə-baba yurdudur. Deyir ki: “Kirəsin verməsən, düşər bil qan” [3,s.417]. Qoyun ona inanmır,

lakin Tülkü ona şahidi olduğunu söyləyir. Qoyun şahid gətirəcəyi halda canının ona halal

edəcəyini söyləyir və qəmgin vəziyyətdə evə dönür. Onu bu halda görən sahibinin İti əhvalatdan

xəbər tutunca, Tülkünün hiylə işlətdiyini anlayır. Ağıllı İt Qoyuna kömək edir, yalançı Tülküyə

və onun acgöz dostu olan Canavara qurğu qurur. Dedi: “Get, otla, qorxma, arxayın ol, Tülkü

şahid gətirsə etmə qəbul”. Canavarla ocağa and içməyə gələn Tülkü kolluqda gizlənmiş İtin

parıldayan gözlərini görür və deyir: “Ocağa and içmək, Bizim əcdada olmamış məslək ” [3,

s.420] – deyib, Tülkü aradan çıxır. “Qurd əl atcaq ocağa it çıxdı, Hulqumundan yapışdı, bərk

sıxdı” [3, s.421]. Sonluq belə bir ibrətamiz nəticə ilə bitir: “Gücsüzə rəhmsizcə zülm etsən,

İntiqamı alar bir it səndən” [3, s.421].

Təmsildən çıxan nəticə budur ki, insan yalnız gücü, zorbalığı ilə yox, ağlı, zəkası, həmçinin,

sədaqətli dostlarının köməyi ilə də qoluzorlulara qalib gələ bilər. Müəllif gənc nəsli riyakarlıqdan,

hiyləgərlikdən uzaq durmağa səsləyir.

Ədib “Qurd və İlbiz”, eləcə də, “Yersiz iftixar” təmsillərində lovğalıq, təkəbbürlülük kimi mənfi

xüsusiyyətə diqqət çəkmək istəmişdir.

“Qurd və İlbiz” təmsilinin məzmunu belədir: Bir gün bərk külək əsir və ağacdan düşən almanın

içindən bir Qurd çıxır, sağ qaldığını görüb, öyünməyə başlayır: “Çox gərəkli varlığam ki, belə

mən, Allah məni qurtardı qəbr içində ölümdən” [2, s.2]. Qurd ətrafa nəzər saldı və yaxınlıqda öz

qınına sığınmış İlbizi görüb fəxrlə dedi: “Gör mən necə qoçağam”, “Minarəyəm mən, Yaxın gəl,

ta sayəmdə qorunasan küləkdən” [2, s.2]. Qurdun sözlərini heyrətlə dinləyən İlbiz öz qınına daha

möhkəm sığındı. Bu dəm külək daha da bərk əsdi. “Alma düşdü dos-doğru məğrur qurdun başına,

Bu qoçağı döndərdi dərhal xəmir aşına” [2, s.4]. Onun bu halını görən –

İlbiz ahəstə dedi: «Budur şöhrətin sonu,

Yersiz öyünmək; qurur məhv etdi axır onu».

İnanın bu ilbizə, bir hikmət söyləyim mən,

Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən [2, s.4].

Müəllif oxucusunu İlbiz kimi ağıllı olmağa, öz yurduna sahib çıxmağa, bu təmsildən ibrət

almağa dəvət edir.

“Yersiz iftixar” təmsilində Çinarın altına düşən Küdu dənəsinin tez bir zamanda Çinara

sarmaşaraq boy atması təsvir olunur. Boyca Çinarı ötüb keçən Küdu özü ilə fəxr etməyə başlayır:

Bir mənə bax azca zaman içində,

Qoydum geri səni dövran içində.

Bir neçə il qucaqlaşsaq belə biz,

Heç kim mənə çata bilməz şübhəsiz.


background image

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 16, issue 02, 2025

ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Oynaq olar mənə yüksək fələklər,

Meyvə dərər budağımdan mələklər [3, s.423].

Göründüyü kimi, hər iki təmsildə A.Bakıxanov gənc nəsli lovğalıq, təkəbbürlülük kimi mənfi

xüsusiyyətlərdən uzaq olmağa, onları təvazökarlığa səsləyir.

A.Bakıxanov “Hikmətin fəziləti”, “Avamın nöqsan axtarması”, “Ümidin boşa çıxması”, “Xeyirli

işin faydası”, “Qarı və Harun” və s. mənzum hekayələr yazmış, bu əsərlər vasitəsilə gənc nəslə

müsbət keyfiyyətlər aşılamağa çalışmışdır.

Folklorun lətifə janrının motivlərindən bəhrələnən A.Bakıxanov “Avamın nöqsan axtarması”

mənzum hekayəsini Molla Nəsrəddin lətifələrinin məzmunu əsasında qələmə alaraq nəzmə

çəkmişdir. Sənətkar insanlar arasında mövcud olan mənfi xüsusiyyətlərə poetik çalar qataraq bu

tip insanları tənqid atəşinə tutmuşdur. Əsərin məzmunundan bəlli olur ki, yoldan keçənlər ata və

oğulu eşəyin üzərinə mindikləri üçün tənbeh edirlər. Əvvəl atanı eşşək üzərində, oğlunun piyada

getdiyini görən insanlar atanı qınayırlar: “Utanmayır yaşından, -deyirdi - bir buna bax, Özü

minib eşşəyə, piyada gedir uşaq” [11, s.143].

Bunu eşidən ata insanların qınağından qurtulmaq üçün uşağı eşşəyə mindirir, özü isə piyada

gedir. Amma bu dəfə də yoldan keçənlər uşağı qınayırlar: “Qoca gedir piyada, cavan isə süvari”

[11, s.143].

Bu dəfə də camaatın ağzını yummaq üçün hər ikisi eşşəyə minir, bunu görən bir nəfər - “Bəh,

yazıq eşşək necə gətirsin davam, Zülmdür bir eşşəyə minərsə iki adam” [11, s.143] – deyə

töhmət edir.

Əlacsız qalan ata və oğul eşşəkdən düşüb piyada getmək məcburiyyətində qalırlar. Amma bunu

görənlər yenə onları qınayırlar: “Nə axmaqdır, - dedilər - bu kişi, bir buna bax, Eşşək boş qala-

qala piyada gedir uşaq” [11, s.144].

Axırda təngə gələn ata bu qərara gəlir ki, eyyəyin qol-qıçını bağlayıb onu öz dallımıza bağlayaq

və gülə-gülə aparaq. Bəlkə onda insanlar bizə töhmət etməkdən əl çəkələr. Sonda ədib özünə

müraciətlə deyir:

Ey Qüdsi, sən ibrət al, bu kişidən ayıq ol,

Xalqın tənələrindən qurtarmaqçın sayıq ol.

Onlar, nə etsən, yenə tapacaqlar bəhanə,

Edəcəklər səni bil oxlarına nişanə.

Qulaq assan tənəyə, ya da yersiz mədhə sən,

Elə bil ki, dalına bir eşşək mindirmisən [11, s.145].

Əsərdən belə bir nəticə hasil olur ki, başqalarının dediyi ilə oturub-durmaq, kənardan edilən

lüzumsuz, əhəmiyyətsiz müdaxilələrə önəm vermək öz mövqeyinin olmamasından irəli gəlir.

İnsan bir işin təməlini qoyarkən başqalarının fikri ilə yox, öz ağlı, zəkası ilə hərəkət etməlidir.


background image

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 16, issue 02, 2025

ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

“Ümidin boşa çıxması” mənzum hekayəsində Həsən adlı bir bağbanın əkdiyi qeyri-adi almaları

ailəsinə, dostlarına qıymır, satmaq fikrindən də vaz keçərək bu almaları yalnız hökmdarlara layiq

bilərək saraya aparmasından söhbət açılır. Həsən düşünür ki, şah onu bəxtəvər edəcək. Lakin

Həsənin ümidi boşa çıxır. O şahın sarayına gələrkən şah səfərə getdiyi üçün gələnəcən sarayda

qalmasını tapşırır. Şahın zülmkar əyanları isə Həsəni əvvəl müxtəlif evlərdə saxlayırlar, sonradan

isə bu işdən bezib onu zindana atırlar. Şah qayıdanda bundan xəbər tutur və onu yanına

çağırtdıraraq xəzinədən istədiyini götürməsini deyir. Həsən isə xəzinədən yalnız quran və balta

götürür. Buna təəccüblənən şah səbəbini soruşduqda o, belə cavab verir:

Baltayla kəsərəm ağacı əvvəl,

Ki, odur gətirən başıma əngəl.

Deyərəm and içsin nəslim Qurana.

Ümid bağlamasın heç bir sultana...

Nə arzu etmişdim, noldu nəhayət,

Qoy onlar halımdan alsınlar ibrət... [1, s.160]

Mənzum hekayədən belə bir nəticə hasil olur ki, atalar sözlərində deyildiyi kimi: “Çox istəyən

azdan da olar”. Müəllif insanları gözü-könlü tox olmağa, bir işi görərkən ağılla hərəkət etməyə,

düzgün qərar verməyə dəvət edir. “О, bu hekayəyə bədii-estetik və simvolik bir məna verərək,

ibrətamiz surətdə öz oxucusuna bir iş görməmişdən qabaq yüz dəfə ölçüb-biçməyi tövsiyə edir”

[4, s.93].

A.Bakıxanov N.Gəncəvinin “Kərpickəsən kişinin dastanı”, eləcə də, “Süleyman və əkinçi”

mənzum hekayələrinin təsiri ilə “Xeyirli işin faydası” mənzum hekayəsini qələmə almışdır. Bu

əsərdə də zəhmətkeş qoca obrazı cavan əmirin tənbehi ilə üzləşir. Cavan əmir bağda qoz ağacı

əkən qocaya deyir: “Başqa bir ömür lazımdır ki, bu ağac Meyvə verib dərdinə olsun əlac [ 3,

s.235].

Cavabında qoca söyləyir ki, bu günəcən başqaları əkib, biz yemişik. İndi də mən əkirəm ki,

gələcək nəsillər yesin. “Yaxşılığın budur rəsmi dünyada, Yaxşılıq et, səni salsın el yada” [3, s.

235]. Qocanın müdrik cavabını eşidən əmir ona bir neçə dinar verir. Bu dəfə də qoca deyir ki,

başqaları əkdiyinin bəhrəsini illərlə gözləyir, mənsə anındaca xeyrini gördüm. Şair mənzum

hekayənin sonunu ibrətamiz fikirlərlə bitirir: “El üçün kim girişərsə bir işə, özü dəxi xeyir görər

həmişə [3, s.236]”.

Əsərin adından da göründüyü kimi qoca elin rifahını, xeyirini düşündüyü üçün faydasını da

həmin andaca görür. Müəllifin uşaqlara aşılamaq istədiyi budur ki, onlar da yalnız özlərini

düşünməsinlər, xalq üçün faydalı olmağa, yaxşılıq etməyə çalışsınlar.

A.Bakıxanov “Qarı və Harun” mənzum hekayəsi də N.Gəncəvinin “Sultan Səncər və qarı” əsəri

ilə səsləşir. Mənzum həkayənin məzmunundan bəlli olur ki, Harun öz sarayını böyütmək istərkən

yaxınlıqda yaşayan bir qarının viranə qalmış evini sökdürmək istəyir. Amma qarını heç cür razı

sala bilmirlər. Əvəzində qarıya dəyərindən artıq nə qədər bəxşiş təklif etsələr də, qarı daxmasının

sökülməsinə razılıq vermir. Onu ağılsız adlandıranlara isə belə söyləyir: “Mən dəliyəm, bəs

Harun niyə, Belə çox pul verir bu viranəyə? [3, s.239]


background image

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 16, issue 02, 2025

ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Əsərdən belə nəticəyə gəlmək olur ki, N.Gəncəvi kimi A.Bakıxanov da qadınlarımızı cəsur,

mərd, qorxmaz, öz haqqını tələb etməyi bacaran bir şəxsiyyət kimi görmək istəyir, hakim

təbəqəni isə qadınların hüququnu pozmamağa dəvət edir.

A.Bakıxnovun 7-ci sinifdə tədris olunan “Hikmətin fəziləti” mənzum hekayəsi ibrətamiz

məzmuna malikdir. Mənzum hekayənin məzmunu belədir:

Bir hörmətli həkim ömrünün başa çatdığını bilib öz qiymətli üzüyünü şaha göndərir və onun ən

müdrik adama verilməsini vəsiyyət edir. Şah hamını yanına çağırıb üç sual verir. Həmin sualları

bir qoca düzgün cavablandırır. Ən xeyirli nədir? – sualına bir qoca hünərin hər şeydən xeyirli

olduğunu söyləyir. Hər şeydən yaxşı nədir? – sualına həmin qoca elə yaxşılığın özü olduğunu

bildirir. Şahın ən lazımlı olan nədir? - sualına isə qoca ən lazımlı olanın həqiqət olduğunu deyir,

çünki həqiqət olmasa intizam olmaz. Bu cavablar şahın xoşuna gəlir: “Şah qalxıb qocaya eylədi

təzim, Üzüyü hörmətlə eylədi təqdim”. Sonluq isə bu sözlərlə bitir:

Nə yaxşı olardı hər ölkədə ah,

Olaydı belə bir vəzir ilə şah.

Ey Qüdsi, hikmətdən varsa xəbərin,

Yaxşı adamlarda olsun nəzərin [6, s.85].

Əsərdə Bakıxanov yetişməkdə olan gənc nəslə belə bir mesaj ötürür ki, hər bir insan həyatda üç

əsas keyfiyyətə malik olmalıdır: hünər, yaxşılıq və həqiqətpərəstlik. Bu üç hikmətdən xəbərdar

olan şəxslər isə hər zaman mükafatlandırılacaqlar.

“A.Bakıxanov bir maarifçi kimi cəmiyyətin inkişafında qabaqcıl mütərəqqi ideyaların, nəcib

əxlaqi keyfiyyətlərin rolunu yüksək qiymətləndirmişdir. Ədibin fikrincə müsbət mənəvi

keyfiyyətləri təbliğ etmək yolu ilə çirklənmiş mühiti tənəzzüldən xilas etmək olar” [12, s.43].

Odur ki, A.Bakıxanovun nəsihətləri ilə yanaşı, mənzum hekayələri və təmsilləri ibrətamiz

xüsusiyyətə malik olduğu üçün bu gün də öz aktuallığını qoruyub saxlayır və bu əsərlərin tədrisi

mühüm əhəmiyyət kəsb edir.

Nəticə

Göründüyü kimi, A.Bakıxanovun təhlilə cəlb olunan bu əsərləri gənc nəslin maariflənməsində,

onların əsl vətəndaş kimi formalaşmasında, mənən zənginləşməsində mühüm əhəmiyyət kəsb

edir. Sənətkar uşaqlar üçün yazdığı bütün əsərlərində ibrətamiz mövzulara toxunaraq yetişməkdə

olan gənc nəslə müsbət keyfiyyərlər aşılamağa çalışmışdır. Ədib istər nəsihətlərində, istərsə də

təmsil və mənzum hekayələrində elm öyrənməyin vacibliyini, Vətənə, əməyə, insanlığa

məhəbbətin əhəmiyyətini vurğulamış, gəncləri xeyirxahlığa, humanizmə, dürüstlüyə, faydalı işlər

görməyə dəvət etmiş, tamahkarlıq, riyakarlıq, lovğalıq, avamlıq kimi mənfi xüsusiyyətlərdən

uzaq olmağa səsləmişdir. Əsrlər keçməsinə baxmayaraq, ədibin əsərləri bu gün də öz aktuallığını

qoruyub saxlayır. Bu əsərlərin müasir dövrdə də ədəbiyyat dərsliklərinə salınması dediklərimizin

bariz nümunəsidir. Qeyd olunan əsərlərdə irəli sürülən fikirlər məktəbyaşlı uşaqların təlim-

tərbiyəsində mühüm rol oynayır. Bu baxımdan, tərbiyəvi əhəmiyyətə malik olan bədii əsərlərin

ədəbiyyat dərslərində tədrisinə xüsusi diqqət yetirilməlidir. Şagirdlərin bu əsərlərdən düzgün

nəticə çıxarması üçün ədəbiyyat müəllimləri maraqlı dərs modeli qurmalı, interaktiv metodlardan,

müxtəlif inteqrasiyalardan - fəndaxili, fənlərarası, fənnüstü əlaqələrdən istifadə etməklə, əsər

ətrafında müzakirələr, təhlillər təşkil etməklə mövzunu daha dərindən mənimsəmələrinə şərait

yaratmalıdırlar.


background image

JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 16, issue 02, 2025

ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Ədəbiyyat:

1.

Azərbaycan uşaq ədəbiyyatı antologiyası. I cild. Bakı, “Öndər nəşriyyatı”, 2005, 248 səh.

2.

Bakıxanov A. Qurd və İlbiz. Bakı, 1985, 18 səh.

3.

Bakıxanov Abbasqulu ağa Qüdsi. Seçilmiş əsərləri. Bakı, "AVRASİYA PRESS", 2005, 488

səh.

4.

Əhməd V.М. Azərbaycan uşaq ədəbiyyatı. Dərs vəsaiti. Bakı, “Müəllim”, 338 səh.

5.

Əliyev S., Həsənov B., Səfərova Ə., Quliyev Ə. Ümumi təhsil müəssisələrinin 5-ci siniflər

üçün ədəbiyyat fənni üzrə dərslik. Bakı, “Bakı” nəşriyyatı. 2024, 208 səh.

6.

Əliyev S., Həsənov B., Mustafayeva A., Məmmədova S. Ümumi təhsil müəssisələrinin 7-ci

siniflər üçün ədəbiyyat fənni üzrə dərslik. Bakı, “Bakı” nəşriyyatı. 2022, 208 səh.

7.

Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: “Müəllim” nəşriyyatı, 2013, 511 səh.

8.

Хəlil Z., Əsgərli F. Uşаq ədəbiyyаtı. Bakı, “АDPU nəşriyyаtı”. 2007-ci il, 490 səh.

9.

Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı, "AVRASİYA PRESS",

2005, 560 səh.

10.

Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, “Elm və təhsil”, 2017, 552 səh.

11.

Məmmədova Ş. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. I cild. “ADPU nəşriyyatı”. Bakı,

2018, 296 səh.

12.

Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, 212 səh.

13.

Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Ali məktəblər üçün dərslik. Bakı, “Bakı

Universiteti nəşriyyatı”, 2007, 444 səh.

Библиографические ссылки

Azərbaycan uşaq ədəbiyyatı antologiyası. I cild. Bakı, “Öndər nəşriyyatı”, 2005, 248 səh.

Bakıxanov A. Qurd və İlbiz. Bakı, 1985, 18 səh.

Bakıxanov Abbasqulu ağa Qüdsi. Seçilmiş əsərləri. Bakı, "AVRASİYA PRESS", 2005, 488 səh.

Əhməd V.М. Azərbaycan uşaq ədəbiyyatı. Dərs vəsaiti. Bakı, “Müəllim”, 338 səh.

Əliyev S., Həsənov B., Səfərova Ə., Quliyev Ə. Ümumi təhsil müəssisələrinin 5-ci siniflər üçün ədəbiyyat fənni üzrə dərslik. Bakı, “Bakı” nəşriyyatı. 2024, 208 səh.

Əliyev S., Həsənov B., Mustafayeva A., Məmmədova S. Ümumi təhsil müəssisələrinin 7-ci siniflər üçün ədəbiyyat fənni üzrə dərslik. Bakı, “Bakı” nəşriyyatı. 2022, 208 səh.

Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: “Müəllim” nəşriyyatı, 2013, 511 səh.

Хəlil Z., Əsgərli F. Uşаq ədəbiyyаtı. Bakı, “АDPU nəşriyyаtı”. 2007-ci il, 490 səh.

Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı, "AVRASİYA PRESS", 2005, 560 səh.

Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, “Elm və təhsil”, 2017, 552 səh.

Məmmədova Ş. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. I cild. “ADPU nəşriyyatı”. Bakı, 2018, 296 səh.

Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, 212 səh.

Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Ali məktəblər üçün dərslik. Bakı, “Bakı Universiteti nəşriyyatı”, 2007, 444 səh.