ИССЛЕДОВАНИЕ ДУХОВНЫХ И НРАВСТВЕННЫХ ПРОБЛЕМ В РАССКАЗАХ СЕЙРАНА САХАВАТА

inLibrary
Google Scholar
Выпуск:
Отрасль знаний
f
15-20
2
1
Поделиться
Xüммəтова (Пəниева) Салех Г. . (2024). ИССЛЕДОВАНИЕ ДУХОВНЫХ И НРАВСТВЕННЫХ ПРОБЛЕМ В РАССКАЗАХ СЕЙРАНА САХАВАТА. ИКРО журнал, 8(1), 15–20. извлечено от https://inlibrary.uz/index.php/iqro/article/view/29027
Crossref
Сrossref
Scopus
Scopus

Аннотация

В статье была создана общая картина произведений Сейрана Сахавета, одного из ведущих представителей азербайджанской прозы, и подчеркнута основная идея о духовных и нравственных ценностях, отраженных в этих произведениях. Основная идея была раскрыта путем превращения главных героев историй в конус анализа.


background image

15

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Azerbaijan State Pedagogical
University, head teacher of
"Azerbaijani Literature"
department, Ph.D. With the opinion
of Ulduz Kahramanova Farhad gizi

Günel Hümmətova (Pəniyeva) Saleh

Azərbaycan Dövlət Pedaqoji

Universiteti,Ədəbiyyatın tədrisi texnologiyası

kafedrasının baş müəllimi, fil.ü.f.dok.

Mail:

gunelpeniyeva@mail.ru

Orcid ID:0000-0002-8916-3484

Tel.+994559176817

INVESTIGATION OF SPIRITUAL AND MORAL PROBLEMS IN SEYRAN SAHAVAT'S

NARRATIVES

Summary:

In the article, a general picture of the works of Seyran Sakhavet, one of the leading

representatives of Azerbaijani prose, was created and the main idea was emphasized on the
spiritual and moral values reflected in these works. The main idea was revealed by turning the
main characters of the stories into a cone of analysis.

Key words:

Seyran Sakhavat, narrative, prose, example, literary criticism.

SEYRAN SƏXAVƏTİN POVESTLƏRİNDƏ MƏNƏVİ-ƏXLAQİ PROBLEMLƏRİN

İNİKASI

Annotasiya:

Məqalədə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Seyran Səxavətin

povestlərinin ümumi mənzərəsi yaradılmış və həmin əsərlərdə əks edilən mənəvi-əxlaqi dəyərlərə
əsas fikir yönəlmişdir. Povestlərin əsas qəhrəmanları təhlil obyektinə çevrilərək əsərin əsas ideyası
aşkarlanmışdır.

Açar sözlər:

Seyran Səxavət, povest, nəsr, nümunə, ədəbi-tənqid.

Seyran Səxavətin 70-80-ci illərdə yazdığı povest və hekayələrində qoyduğu əsas ideya mənəvi-
əxlaqi problemlərin bədii əksi və bu yöndə baş vermiş həqiqi həyat hadisələrinin ictimai-siyasi
mahiyyəti və eyni zamanda, baş vermə prosesi əks edilmişdi. Yazıçı qoyduğu problemlərin
aktuallığından və əhatə etdiyi arenasindan asili olaraq onun bu illərdə yazdığı povestləri belə
qruplaşdira bilərik : sirf mənəvi əxlaqi problemləri özündə ehtiva edən, patriarxal insan tipini və
onun başina gələn həyat həqiqətlərini bədii təsvir obyektinə çevrilmiş, ailə-məişət zəminin də
yaranan - “Qapıların o üzündə qalan dünya” povesti, muharibə dövründən sonrakı illərdə kənd
həyatının bütün mürəkkəbliyi və zidiyyətlərinin təsvir predmetinə çevrən, bu həyatın ictimai-
sosial durumunu tam dolğunluğu ilə özündə əks etdirən – “Ağrı” povesti, şəhərləşmək istəyən, öz
kökünə zidd çıxan, şəhər adət-ənənələrini öz tarixi, milli kənd adət-ənənəsindən üstün tutan –
“Gözü işığa düşmüş adam” povesti, ülvi hiss olan təmiz məhəbbətin nakam sonuc ilə
sonlanmasının əsas səbəbi kimi insan iradəsinin zəifliyi, insan nəfsinin güclülüyü və bu nəfsə
nələrəsə görə boyun əyməyin yaratdığı problemlərini əks edildiyi “Bir stəkan hava” povestini və s.
bu kimi povestlərini bu cür quruplar şəkilində müəyyənləşdirsək yalnış etmərik. Biz yazıçının
povestlərinin məzmununa uyğun qruplaşdırmamıza baxmayaraq deyə bilərik ki, müəllif bütün
povestlərində istər yuxarıda qeyd etdiyimiz povestlərində, istərsə də “Başı kəsik arvadın oğlu”,
“İsax- Musax”, “Qızıl teşt” və eynizamanda 80-ci illərdə yazdığı “Ocaq daşı”, “Gecə quşu”, “Dar
köynək”, “Sanatoriya” kimi povestlərində mənəvi-əxlaqi problemlərə az və ya çox dərəcədə
toxunmuş, bəzilərində isə əsərin ideyasını təşkil etmişdi


background image

16

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Yazıçının müharibə dövründən sonrakı kənd həyatını təsvir etdiyi, 1977-ci ildə yazdığı ilk iri
həcimli əsəri olan “Ağrı” povestinin əsas mövzusu müharibədə həyat yoldaşı həlak olmuş, dörd
uşaqla başsız qalmış bir qadının həyat yolundan bəhs edir. Eyni zamanda, müharibənin ağır
günlərində kənd adamlarının mətinliyi, əzmi, iradəsi Firəngiz xalanın, Abuzərin, Əhlimanın,
Xıdırın, Lətifənin, el ağsaqqalı Qurban kişinin, ümumiyyətlə Qarabağın Yağlıvənd kənd
camaatının şəxsində öz bədii həllini tapmışdı.

Povestin baş qəhrəmanlarından olan Firəngizi kənd camaatı öz adı ilə yanaşı onu bir neçə
adla da çağırırdılar: “Əsgər ailəsi”, “Gəlmə”, “Yetim anası...” . Belə adlandırılmasının da öz
səbəbləri var idi ki, “Əsgər ailəsi” ona görə deyilirdi ki, əri müharibədə idi, “Gəlmə” onua görə
deyilirdi ki, o bu kəndə dağlıq kənddən gəlmişdi, “Yetim anası” ona görə deyilirdi ki, ilk dəfə
idiki onun uşaqları yetim idi. Sonra isə bu kənddə yetim analarının sayı çoxaldı, yetimlərin sayı
isə birə dörd artdı. Müharibənin fəsadları, onun insan taleyində etdiyi dəyişikliklər və ondan
doğan ictimai-siyasi problemlər, eyni zamanda insan mənəviyyatına təsiri böyük ustalıqla təsvir
edilmişdi. Bu kəndə dörd yetimi ilə pənah gətirən Firəngizə kəndin ağsaqqalı sayılan Qurban
kişinin qol-budaq olması, onun uşaqlarına mənəvi atalıq edən bu insanın timsalında yazıçı hələ də
mənəviyyatca yüksək olan insanların varlığını təsvir etmişdi. Qurban kişi başsız qalmış bu ailənin
yeganə təsəlli verəni, məsləhətçisi, böyüyüdür. O, şərə və pisliyə nifrət edən, hətta qardaşı
Mustafanı, onun harın ailəsini də lənətləməkdən çəkinməyən namuslu el ağsaqqalıdır. Məhz,
müəllif də bu cür obrazlarda müharibə dövründə belə el ağsaqqallarının kənddə, el-obada etdiyi
xeyirxahlıqları ümumiləşdirmişdi. Qurban kişi xalqımızın əsirlərin sınaqlarından çıxmış ən yaxşı
milli keyfiyyətlərini özündə birləşdirir. Bu xarakter Abuzərdə də özünü biruzə verir. Onun anasına
qarşı olan qayğısı, şəhərə gedə-get ərəfəsində kolxozun bütün işlərində işləyərək mingünlük
yığması, Nabata olan saf sevgisi, çır armud satmağa gələn satıçıya kömək etməsi və onun üstündə
Nəsrəddini döyməsi onun əxlaqi keyfiyyətinin yüksəkliyindən xəbər verir. Eyni zamanda Mustasa
kişinin onlar üçün gətirdiyi azuqəni qəbul etməməsi, Qurban kişinin isə onların üstündəki böyük
zəhmətini unutmaması və şəhərdən gəlmiş xanəndəyə onu ata kimi göstərməsi Abuzərin
mənəviyyatının və əxlaqının tarixi milli dəyərlərdən qaynaqlandığını qeyd edə bilərik.

Povest haqqında V.Yusiflinin “.... Diqqəti və bədii marağı yeniyetmə kənd uşaqlarının
müharibə haqqında düşüncələrinə, atasızlıq əzablarına, analarının müqəddəs kədərinə yönəldən
müəllif təsirli bir povest yaratmışdı”(5.s.5) fikri ilə tam razılaşmaq olar, doğrudan da yazıçı istər
müharibə dövründən sonrakı həyat tərzini, istərsə də bu dövrün ağrı-acısını duyan və onun zülmü
altında yaşamağa çalışan insan obrazlarını, onların həqiqi həyat hadisələrini gerçəkliyi ilə təsvir
obyektinə çevirmişdi.

Seyran Səxavətin 70-ci illərdə yazdığı digər bir povesti də 1978-ci ildə qələmə aldığı “Bir
stəkan hava” povestidir. Bu povest yığcamlığına baxmayaraq, kankret bədii mətləbi, lirik-psixoloji
üslubu ilə diqqəti cəlb edir. Yazıçı oxucunu həqiqi sevginin başı üzərindən illər, hətta əsrlər ötsə
də onun insanın iliyində, qanında yaşadığına, əsl məhəbbət naxışlarının heç zaman solmadığına
inandırmağa çalışmışdı və buna da nail onlmuşdu.

Povestin əsas məzmunu atılmış bir səhv addımın nəticəsində illərcə qəlbdə yaşanılan sevginin
və bu sevgini öz qəlblərində böyüdüb, çiçəkləndirən iki obrazın Sarvan və Sevərin mənəvi
faciəsidir. Yazıçı xəyali söhbətlər, daxili monoloqlar, orijinal metaforalar, fantastik təsvirlər, şərti-
simvolik obrazlar vasitəsi ilə qəlbin qəmli tarixcəsini vərəqləyir və bizi böyük sevginin gücünə,
qüdrətinə inandırır. Əsərdə ayrı-ayrı surətlərin mənəvi aləmi, dünyagörüşü və həyat mövqeyi çox
vaxt keçmişə qısa bir səyahət etməklə, xatirələrə dalmaqla, olub keçənlərə bu günün zirvəsindən
baxmaqla aşkarlanır. Aşkarlanan bu həyat hadisələrinin inkişaf xəttini müəyyənləşdirsək onda
belə bir model almış olarıq: Sarvan-Sevər-Sevil münasibətləri və bu münasibətlərdən doğan


background image

17

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

ziddiyətli həyat hadisələri və onun fəci faciəsi. Baş vermiş hadisələr bu üç obrazın mənəvi
dünyası, düşüncəsi və onların daxil olduğu ailə çərçivəsində Zivər və Səyavuşun vastəsi ilə
cərəyan edir. Bir zaman bir-birlərini böyük məhəbbətlə sevən bu iki gəncin atdıqları yalnış bir
addım onları bir-birlərindən ayrı düşməsinə gətiib çıxardır. Sevər Sarvan məhəbbəti əsərin ilk
səhifəsində təsvir edilmiş hadisə ilə yenidən alovlanır. Onlar illərdən sonra bir-birlərini bir konsert
zalında görürlər və sanki onların qəlblərində solmuş, hətta çürüyüb torpağa qarışmış məhəbbətləri
yenidən çiçəklənir. Onlar daxilən bir-birləri ilə birgə idilər. İstər Sevər, istərsə də Sarvan zahirən
həyat yoldaşlarının yanında idilər. Bu iki qəhrəman öz sevgililərinin özləri ilə, öz qəlblərində
aparırdılar. Sevər Sarvanı özü ilə öz evinə belə gətirmişdi, hətta yatanda da özü ilə yatırmışdı.
Konsertdə oxunan hər bir musiqini Sevər və Sarvan zaldakıların hamısından yaxşı hiss edir, yaxşı
duyurdu. Sanki muğənni oxuduğu mahnıları yalnız onlar üçün oxuyurdu. Onların taleyindən
yazmışdı. Onların mahnının hər bir sözündə özlərini tapacaqlarını bilirdi. Onları etdikləri səhvi
dərk etmələrinə vadar edirdi. Sevər etdiyi yalnışı ömürü boyu dərk etmişdi, lakin bu gün daha
yaxşı dərk edib öz faciəsinə ağı deyən müğənninin mahnılarının sədası altında göz yaşı tökürdü.

Povest “Bir stəkan hava” adlanır. “Bir stəkan hava” - Sevərin stəkandan damla-damla
nəlbəkiyə töküb, qurtum-qurtum içdiyi sevginin, ümidin, həsrətin damlası, gələcəyə inamın bir
qurtumu idi. O içdiyi bu hava ilə yanaşı illərlə qəlbində bəslədiyi məhəbbətinə güc-qüvvə verirdi.
Lakin onun qəlbini zəiflədirdi, şüurunu əlindən almağa çalışırdı. Onun qəlbi bu qədər həsrətə,
intizara tab gətirə bilmir, stəkandan nəlbəkiyə tökdüyü ümid damlaları belə onun ürəyinə məlhəm
ola bilmirdi.

Əsərdə mənəvi-əxlaqi dəyərləri özlərində cəmləşdirən bu qəhrəmanlar nə qədər bir-birlərini
sevsələr də öz əxlaqi dəyərlərinə xələl gətirmirlər. Nə Sevər, Nə də Sarvan öz məhəbbətləri
naminə həyat yoldaşlarına xəyanət etmirlər. Onlar öz nəfslərinin qurbanına çevrilmirlər. Hətta
onlar bir-birləri ilə görüşəndə də dost kimi görüşür. Olanları xatırlamaq istəmirlər, bu onların
düşüncəsinə görə kiməsə qarşı xəyanət etmək kimi dəyərləndirilir. Sarvan özü-özlüyündə düşünür
ki, o Sevəri sevdiyi üçün Sevilə xəyanət edir.Onun üçündə özünü günahlandırır. Bundan çıxış
nöqtəsi axtarır. Özünə bəraət qazandrmaq və Sevilin fikrin öyrənmək üçün öz taleyin başqa birinin
adı ilə Sevilə danışır, sanki ondan bir çıxış yolu, bir kömək umur. Sevil isə özlüyündə yüksək
mənəviyyata, gözəl ürəyə və təmiz məhəbbətə malik olduğu üçün bu sevgini yüksək
qiymətləndirir və hətta yazıçı olsaydı belə bu mövzuda bir əsər yazardı və sonun da onların
birləşməsi ilə nəticələndirərdi. Sevər bilmədən öz böyük sevgisin öz əli ilə kiməsə bağışlayırdı.
Sevər isə Sevilin yaza bilmədiyi əsəri öz xəyalında canlandırırdı. O Sevilin sevgisin əlindən alıb
öz xəyalında özü ilə evləndirmişdi. Beləki. povest Sevərin düşüncələrində Sevər və Sarvanın toyu
ilə bitir. Yazıçının əslində birləşdirmək istədiyi, lakin məməvi-əxlaqi dəyərlərə zidd gələn bu
hadisəni obrazının fikrində əks etdirir. Hətta fikirdə belə Sevər oğlanlarından etdiyi hərəkətə görə
xəcalət çəkir.

Əsərin digər obrazları olan Zivər və Səyavuş isə hadisələrin inkişafında böyük rol
oynayırlar. Əsərdə onların bir-birlərinə olan böyük sevgiləri, bu sevgini daim qəlblərində yaşadan,
bir-birlərini anlayan sevgiləri əks edilmişdi. Sanki yazıçı Sevər Sarvan sevgisinin fonunda Zivər
Səyavuş sevgisini yaratmış və atılmış səhv addımın sonunun hara gəlib çıxaçağını göstərməyə
çalışmış, bundan bir nəticə çıxartmalarını tövsiyə edirdi. Zivər Səyavuş bu sevginin şahidi olandan
sonra bir-birlərinə böyük məhəbbətlə bağlanmışdılar. Hətta bu çütlük məğlubiyyətə uğramış
sevgini yenidən çiçəkləndirməyə və birləşdirməyə çalışırdılar. Buna həyatda malik olmasalarda
Sevərin xəyallarında nail oldular. Yazıçı bununla bildirmək istəyir ki, atdığınız hər bir addımı
götür-qoy edin sonra atın, elə iş görün ki sonra peşiman olmayasınız və əsərin əsas məzmumundan
gəldiyimz nəticəni belə bir atalar sözü ilə ifadə etsək səhv etmərik: “Son peşmançılıq fayda
verməz”.


background image

18

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Seyran Səxavətin 70-ci illər nəsrinin böyük bir hissəsini hekayələri təşkil edir. Yazıçının bu
illərdə yazdığı “Hamı elə bilirdi”, “Dəyirmanın boğazında”, “Alça çiçəyi”, “Toy havası”, “Çayçı
Rəşid”, “Paravoz sürən”, “Ət taxtası”, “Yüz ilin kişisi”, “Bir kisə kartof”, “Madonnanın əri
Fərəməz kişi”, “İşıq xətləri”, “Yaz oğrusu”, “Mən kiməm”, “Qaçay müəllim”, “Gün ağladılar”,
“Qara Bəhrəm”, “Qız qalası”, “Halal pul” və s. bu kimi hekayələrində mənəvi-əxlaqi problemlərə
toxunmuşdu.

Seyran Səxavətin adını 1979-cu ildə çap edilmiş “Hamı elə bilirdi...” adlı kitabının
sərlövhəsinə çıxartdığı hekayəsinin əsas mövzusu da müharibə illərinin törətdiyi maddi fəsadların
gerçəkliklərinin təsviridir. Hekayənin baş qəhrəmanı olan el ağsaqqalı Bəylər kişinin mənəvi
portreti evindən kolxoz həyətinə qədər olan yol uzunu çəkilir. Onun insanı tərbiyələndirmə yolu,
insan xarakterinin psixologiyasında sərt dönüşün yaratması kimi xarakteri bacısı oğlu Bəhramın
kolxozun dərz tayasını yandırmaq istəməsində aşkarlanır. Beləki, Bəylər kişini çağırırlar ki, bacın
oğlu Bəhram kolxozun tayasını yandırır gəl onu bu işdən çəkindir. Bəylər kişi də bu çağırışdan ilk
bağışda laqeyd qalır, yerişinə haram qatmır. Onu aparmağa gəlmiş maşına da minmir, yol boyu
kolxozçu Şirinlə keçmiş, gələcək haqqında mübahisə edir. Xeyli getdikdən sonra Bəylər kişi
soruşur:

-

“ Nə deyir? Deyir niyə yandırram tayanı?

- Əşi, nə bilim, ay dədəm-nənəm sənə qurban olsun! Kəfşəndən gəlirmiş, görüb ki, Sarıyoxuşda
beş-altı sünbül düşüb yerə. Atdan düşüb onları bir-bir yığıb ki. gətirib tayanın üstə atsın. Görüb ki,
burda da tayadan bir bafa düşüb yerə. Başlayıb haray-həşir salmağa ki, tayanı yandıracam,
sünbüllər niyə yerə düşüb?” (3.s.5)

Bu epizodda hekayənin digər bir qəhrəmanı olan, müharibənin törətdiyi aclıq və qıtlıq illərində
xalq malını göz bəbəyi kimi qoruyan, camaatın xeyrinə heç kəsə və heç nəyə güzzəştə getməyən
əzazil bir kişi surəti kimi yadda qalan Bəhram surətinin xarakteri ilə tanış oluruq. Zahirən bu
insan nə qədər cod, davakar olsa da, əslində həddindən artıq ürəyi yumuşaq, həlimxasiyyət, gözəl
bir insandır. Beləki, bu kiççik parçada Bəhramın el malına yanan, onun qədrini bilməyi
başqalarından da tələb edən tipik insan xarakteri verilmişdi. Elə onun tayanı yandırması da
insanları bir növ tərbiyələndirmək və kolxoz malını, el malını göz bəbəyi kimi qorumağa çağırış
səsidir. Bunu Bəylər kişi çox yaxşı bilir. Çünki, Bəhram keçən il də kolxozun bir danasının
zəmiyə girməsinə görə iki yüz əlli baş qaramalı yandırmaq fikrinə düşmüşdü.

Bəylər kişi adamların güclə tutub saxladıqları Bəhrama yaxınlaşır, qəribə bir soyuqqanlıqla
kibriti çıxardıb ona verir və tayanı yandırmasını təkid edir. Kibritin uzadılması və kibrit ağsaqalın
cahil bir adama qarşı olan hirsinin son nöqtəsidir və bu nöqtənin ağırlığını Bəhram dərhal hiss
edib tutduğu işə peşman olur. Bayaqdan tayanı yandırmağa məqam axtaran Bəhram Bəylər kişini
qucaqlayıb əzizi ölmüş adam kimi ağlayır, atına minib kövşənə tərəf uzaqlaşır. “Bu insan
psixologiyasının sərt dönüş nöqtəsinin təbii, səmimi təsviridir.” (1.s.3)

70- ci illərin sonlarında müəllifin yazdığı və bütün mətbuatın diqqətini cəlb edən, yazıçının da
kitabının birini bu hekayənin adı ilə çap etdirdiyi, öz məzmun və ideyası baxımından orjinal olan
“Yüz ilin kişisi” hekayəsidir. Hekayə fikirlər düzümündən ibarətdir. Yazıçı insanın taleyi, həyatın
mənası, ölümün labüdlüyü haqqında düşüncələr fonunda Bəylər kişinin ömrünün ayrı-ayrı
epizodları ilə bizi tanış edir və oxucunun gözləri önündə yüz yaşlı, müdrik, mərd, cəfakeş, eyni
zamanda güclü, əzmətli, mətin bir insanın obrazını canlandırır.


background image

19

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Əsərin baş qəhrəmanı olan Bəylər kişi bu dünyada düz 99 il ömür sürüb. Bu ömür yolunda
o çox əziyyətlər çəkmiş, özününkü və qardaşlarını uşaqları, nəvələri ilə birgə böyük bir ailə
saxlamışdı. Bəylər kişi artıq qocalmışdı. O indi öz arzuları, etdikləri ilə deyil böyütdüyü, boya
başa çatdırdığı övladları, nəvələri, nəticələri ilə qürrələnir, fəxr edirdi. Bütün qohum əqrəbəsi, öz
övladlarının övladları ilə bahəm bütün kənd ona baba deyə müraciət edirdi. O böyük bir kəndin,
nəslin babası idi. Kənddə hamı ona məsləhət edir, onun dediyini yerinə yetirirdi. O illərlə əziyyət
çəkdiyi, düz tərbiyələndirməyə çalışdığı, yaxşı təhsil verməyi özünə borc bildiyi nəvələrindən biri
artıq onun arzularını yerinə yetirmiş, çəkdiyi əziyyəti yerə vurmamış və bütün bunlara layiqli bir
övlad olmuşdu. Bəylər kişi onunla fəxr edirdi, çünki nəvəsi yazıçı olmuş və babasına bir hekayə
həsr etmiş, özü də kitabın sərlövhəsinə həmin hekayənin adın çıxatmışdı. Bu kitab Bəylər kişiyə
hər şeydən əziz idi. Birinci ona görə ki, bu kitab onun nəvəsinin yazdığı kitab idi, ikincisi də o, idi
ki bu kitabda onun həyatının qısa xronikası verilmişdi. Kitabın özü haqqında hissəsi qatlanmış və
digər nəticəsi tərəfindən hər gün bir neçə dəfə oxunurdu. Burada yazılan sözlər onun üçün çox
əziz və doğma idi, çünki hekayədə Bəylər kişinin tale yolunun bəzi səhifələri əks edilmişdi. O,
ömür yolunda yaxşı və pis adamlarla üzləşmişdi. Eyni zamanda bu tale yolunda əyri və düz
yollarla, keçməkeşli həyat hadisələri ilə rastlaşmasına baxmayaraq büdrəməmiş, daim dimdik ayaq
üstə qalmağa çalışmış və buna da nail olmuşdu. İstər qardaşının başına gələn faciəli hadisə, istərsə
də onun üzərində qalan böyük ailənin maddiyyətini yerinə yetirmək, onların əxlaqı və təhsili ilə
maraqlanması və düz yola yönləndirmək bacarığı onu öz doğruluğundan, hala zəhmətdən imtina
etməsinə, əyri yolun izinə düşməsinə vadar edə bilməmişdir. Əksinə bu həyat yolunda kimsə
yalmış yoldadısa onun boynunundalından basmayıb yaxşı yola düzənləmişdi və qismən buna nail
olmuşdu. Öz tale yolunda düzlüklə, ədalətlə irəlləyənlərə isə çətin vəziyyətə düşəndə əlindən
gələni kömək etməyə çalışmışdı. İsmayıl oğlu Bəylər nəyin ki, bu kənddəki, bəlkə də dünyadakı
həmyaşıdlarını “yola salmış”dı. “... Amma özünün ağlını, düşüncəsini, oturuşunu, duruşunu heç
hara yola salmamışdı. Bu kəndin dağı kimi, çayı kimi, Əsgərxan bulağı kimi ömrü uzundur,
hamıya görk ediləsidir. Bu görk yazıçının içindən süzülərək, qələm süzgəcindən keçərək daha da
bütövləşir, tamlaşır. Oxucu elimizdə, obamızda hələ də belə kişilərin yaşamasına sevinir və o
kişilərin həyatda itməyən adlarını, əməllərini özlərində yaşatmağa çalışırlar”(2.s.10) -kimi Sabir
Rüstəmovun fikirləri ilə razılaşırıq, eyni zamanda yazıçı bir növ bu obrazı ilə oxucu düşüncəsində,
fikrində milli əxlaqi dəyərlərə malik olan xarakteri yoxdusa bərpa etməyə, varsa daha da
möhkəmləndirməyə çalışmışdı.

Abdulla kişinin digər bir dərdi də var idi ki, məhz hekayədə də bu dərdi qabarıq şəkildə əks
edilmişdi ki, bu da bir kisə kartofunun əkmək istəməsi və hələ də buna nail ola bilməməsi idi.
Bəli, Abdulla kişi iki gün idi ki, kartof əkmək istəyirdi, lakin əkə bilmirdi. Bunun da əsas səbəbi
yağan yağış idi. Beləki, o hər gün iki kisə kartofu əkmək üçün gətirib əkməyə başlayanda hava
qaralır, yağış yağmağa başlayır, yenə də Abdulla kişi kartof kisəsini götürüb geri qayıdır.
Hekayənin sonu da məhz Abdulla kişinin əsəbləşməsi və Alla şikayət etməsi və bir daha kartof
əkməyəcəyini bildirməsi ilə bitir : -Allah! Ay, arxalı bəxtəvər, tay yağma! Əkmirəm! Əkmirəm!
Əəə...k...rəəəm!(4.s.154)

Bu hekayədə yazıçı tərəfindən yaradılmış gənc obrazların xarakterlərinə nəzər yetirdikdə onun
şahidi oluruq ki, kənd mühitində yaşayan gənclərin xarakterinin hansısa bir hissəsində milli əxlaqi
dəyərlər özünü göstərir. Böyüklərin sözünə baxmaq, onların üzünə ağ olmamaq, hətta böyüklər
səhv etmiş olsalar belə səhvi üzə vurmamaq kimi dəyərlər özünü saxlasa da, Əlidə tamamilə fərqli
xarakterin özü istədiyini etmək vərdişi özünü göstərir. Beləki, atası razı olmasa belə sevdiyi qızı –
qatıq satanın qızı olmasına rəğmən götürüb qaçması, böyüyün sözünə baxmamaq kim
qiymətləndirə bilmərik. Ən azından ona görə ki, Əli atasından fərqli olaraq sevdiyi qızın özün
sevir, onun üçün qızın atasının hansı təbəqəyə aid olmasının fərqli yoxdu bu da onun yüksək
mənəvi əxlaqa malik olduğunu göstəriri. Eyni xarakterə malik, lakin atasında səhv tapan və atası


background image

20

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

tərəfindən danlanan Səkinə Əlidən fərqli olaraq atasının dediyini yerinə yetirir, onun sözündən
çıxmamağa çalışır.

Ədəbiyyat siyahısı:

1.

Məmmədov C. “Hami elə bilirdi”. “Bakı” qəzet, 1980, 8 sentyabr, s.3.

2.

Rüstəmov S. “Yüz ilin kişisi”. “Araz” qəzet, 1982, 4 sentyabr. S.Mümtaz ad. ARDƏİƏ. Fon

735, siy.1, iş №78, vər. 10. S. Səxavət. “Hamı elə bilirdi”. Bakı, Gənclik, 1982, 204 s.
3.

S. Səxavət. “Yüz ilin kişisi”. Bakı, Gənclik, 1982, 202 s.

4.

Yusifli V. “Hami elə bilirdi”. “Azərbaycan gəncləri”, 1980, 11 dekabr. S.Mümtaz ad.

ARDƏİƏ. Fon 735, siy.1, iş №78, vər.3.

Библиографические ссылки

Məmmədov C. “Hami elə bilirdi”. “Bakı” qəzet, 1980, 8 sentyabr, s.3.

Rüstəmov S. “Yüz ilin kişisi”. “Araz” qəzet, 1982, 4 sentyabr. S.Mümtaz ad. ARDƏİƏ. Fon 735, siy.1, iş №78, vər. 10. S. Səxavət. “Hamı elə bilirdi”. Bakı, Gənclik, 1982, 204 s.

S. Səxavət. “Yüz ilin kişisi”. Bakı, Gənclik, 1982, 202 s.

Yusifli V. “Hami elə bilirdi”. “Azərbaycan gəncləri”, 1980, 11 dekabr. S.Mümtaz ad. ARDƏİƏ. Fon 735, siy.1, iş №78, vər.3.

inLibrary — это научная электронная библиотека inConference - научно-практические конференции inScience - Журнал Общество и инновации UACD - Антикоррупционный дайджест Узбекистана UZDA - Ассоциации стоматологов Узбекистана АСТ - Архитектура, строительство, транспорт Open Journal System - Престиж вашего журнала в международных базах данных inDesigner - Разработка сайта - создание сайтов под ключ в веб студии Iqtisodiy taraqqiyot va tahlil - ilmiy elektron jurnali yuridik va jismoniy shaxslarning in-Academy - Innovative Academy RSC MENC LEGIS - Адвокатское бюро SPORT-SCIENCE - Актуальные проблемы спортивной науки GLOTEC - Внедрение цифровых технологий в организации MuviPoisk - Смотрите фильмы онлайн, большая коллекция, новинки кинопроката Megatorg - Доска объявлений Megatorg.net: сайт бесплатных частных объявлений Skinormil - Космецевтика активного действия Pils - Мультибрендовый онлайн шоп METAMED - Фармацевтическая компания с полным спектром услуг Dexaflu - от симптомов гриппа и простуды SMARTY - Увеличение продаж вашей компании ELECARS - Электромобили в Ташкенте, Узбекистане CHINA MOTORS - Купи автомобиль своей мечты! PROKAT24 - Прокат и аренда строительных инструментов