ОКСЮМОРОНЫ В ХУДОЖЕСТВЕННОЙ ЛИТЕРАТУРЕ

inLibrary
Google Scholar
Выпуск:
Отрасль знаний
f
21-27
0
0
Поделиться
Мехдиева, Н. . (2024). ОКСЮМОРОНЫ В ХУДОЖЕСТВЕННОЙ ЛИТЕРАТУРЕ. ИКРО журнал, 8(1), 21–27. извлечено от https://inlibrary.uz/index.php/iqro/article/view/29032
Crossref
Сrossref
Scopus
Scopus

Аннотация

Оксюмороны привлекли внимание благодаря своей частоте употребления как в лингвистике, так и в художественной литературе, и были широко изучены лингвистами. Основная цель нашего исследования - подойти к понятию оксюморон в рамках мировых языков и изучить его на основе избранных примеров из мировой литературы, что и является актуальностью работы.Основная цель - определить место оксюморонов в разговорном стиле, причину использования оксюморонов в художественных и литературных примерах и художественную особенность.Исследование проводилось на примерах из работы И. Шихли, выдающегося представителя азербайджанской литературы, а также произведения представителей мировой и российской литературы, и была создана общая картина оксюморонов. Можно привести примеры из "Ромео и Джульетты" С. Пушкина, А. А. Фета, Чарльза Диккенса, Н. А. Некрасова, Уильяма Шекспира: в этой знаменитой пьесе встречается много оксюморонов, таких как "любящая ненависть" и "тяжелая легкость". Использование оксюморонов, таких как "Война - это мир" и "Свобода - это рабство", для выражения лицемерия тоталитарного режима в романе Джорджа Оруэлла "1984", написанном в романе "Антиутопия Оруэлла", было проанализировано на примерах оксюморонов. Кроме того, следует отметить, что оксюмороны выражают несколько значений в зависимости от места развития, и анализ оксюморонов в зависимости от места развития был обобщен в ходе исследования. Было обнаружено, что он используется для создания эмоционального воздействия, подчеркивания смысла, поддержки творчества, привлечения внимания и создания иронии и юмора.


background image

21

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Azərbaycan Dövlət Pedaqoji

Universiteti,“Müasir Azərbaycan

dili” kafedrasının baş müəllimi,

fil.ü.f.dok. İbrahimova Sahilə Rafiq

qızının rəyi ilə

Narmin Mehdiyeva

Azerbaijan State Pedagogical University,

Teacher of the modern

Azerbaijani language department

e-mail:

nerminmhdv30@gmail.com

phone number: +994709717080

ORCID: 0009-0001-9072—8702

BƏDİİ ƏDƏBİYYATDA OKSİMORONLAR

Annotatsiya:

Oksimoronlar istər dilçilikdə istərsə də bədii ədəbiyyatda istifadə tezliyinə görə

diqqət çəkmiş və dilşünaslar tərəfindən geniş şəkildə araşdırılmağa maraq doğurmuşdur. Bu
araşdırmamızın əsas məqsədi oksimoron anlayışına dünya dilləri çərçivəsindən yanaşmaq və
dünya ədəbii nümunələrindən seçilmiş misallar əsasında tədqiq etməkdir ki, bu da işin aktuallığını
təşkil edir.Qarşıya qoyulan əsas məqsəd isə danışıq-məişət üslubunda oksimoronların yeri, bədii
ədəbi

nümunələrdə

oksimoronların

işlənmə

səbəbi

bədii

xüsusiyyətin

müəyyənləşdirməkdir.Tədqiqat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan İ.Şıxlı
yaradıcılığından, dünya və rus ədəbi nümayəndələrinin əsərlərindən gətirilən nümunələr vasitəsi
ilə tədqiq edilmiş və oksimoronların ümumi mənzərəsi yaradılmışdır. S. Puşkin, A. A. Fet, Çarlz
Dikkensin, N. A. Nekrasovun, Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərindən gətirdiyimiz
nümunələri qeyd edə bilərik: “Sevgili nifrət” və “ağır yüngüllük” kimi bir çox oksimorona bu
məşhur tamaşada rast gəlinir. George Orvellin qələmə aldığı “Oruellin distopik” romanında
"1984" –cü ildəki totalitar rejimin ikiüzlülüyünü ifadə etmək üçün "Müharibə sülhdür" və
"Azadlıq köləlikdir" kimi oksimoronlarından istifadə etməsi və oksimoronlarından nümunə
gətirilərək təhlil edilmişdir. Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, oksimoronlar işlənmə
yerinə görə bir neçə mənanı ifadə edir ki, məhz tədqiqat zamanı da oksimoronların işlənmə yerinə
görə bir neçə məna altında təhlili ümumiləşdirilmişdir. Emosional təsirin yaradılması, mənanı
vurğulamaq, yaradıcılığın dəstəklənməsi, diqqəti cəlb etmək, ironiya və yumor yaratmaq
vəzifəsində işlədildiyi aşkarlanmışdır.

Açar sözlər:

oksimoron, bədii dil, ədəbi-danışıq dili, əsər, işlənmə, yazıçı.

OXYMORONS IN FICTION

Abstract:

Oxymorons have attracted attention due to their frequency of use both in linguistics and

in fiction, and have been widely studied by linguists. The main goal of our research is to approach
the concept of oxymoron from the framework of world languages and to study it based on selected
examples from world literary examples, which is the relevance of the work.The main goal is to
determine the place of oxymorons in the colloquial style, the reason for using oxymorons in
artistic and literary examples, and the artistic feature.The study was studied through examples
from the work of I. Shikhli, a prominent representative of Azerbaijani literature, and the works of
world and Russian literary representatives, and a general picture of oxymorons was created. We
can mention the examples from Romeo and Juliet by S. Pushkin, A. A. Fet, Charles Dickens, N.
A. Nekrasov, William Shakespeare: many oxymorons such as "loving hatred" and "heavy
lightness" are found in this famous play. The use of oxymorons such as "War is peace" and
"Freedom is slavery" to express the hypocrisy of the totalitarian regime in "1984" written by
George Orwell in the novel "Orwell's Dystopian" was analyzed using examples of oxymorons. In
addition, it should be noted that oxymorons express several meanings according to the place of


background image

22

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

development, and the analysis of oxymorons according to the place of development was
summarized during the research. It has been found to be used to create emotional impact,
emphasize meaning, support creativity, attract attention, and create irony and humor.

Key words:

oxymoron, artistic language, literary-colloquial language, work, elaboration, writer.

Giriş

Bədii ədəbiyyatda yazıçılar obrazlı, ifadəli, gücləndirici nitq vasitəsi kimi bədii əsərin təsir

gücünü qüvvətləndirmək üçün şifahi ifadələrdən istifadə edirlər. Bunlara fiqurlar deyilir.
Fiqurların mahiyyəti, onların ritorika və poeziya nəzəriyyəsində əhəmiyyəti haqqında Aristotel,
Falerli Demetri, Siseron, Kvintilian və antik ritorikanın başqa nümayəndələri yazmışlar.

Bir çox nitq fiqurları var, bunların arasında ən vacib və ümumi olanların qeyd edəcəyik:

poronimlər,

oksimoron,

anafora,

Epifora, təkrar və s

.

Ən geniş yayılmış və bədii ədəbiyyatda emosionallığı və əsərin məna yükünü

gücləndirmək üçün istifadə edilmiş forması oksimoronlardır. Oksimoronun nə olduğunu nəzərdən
keçirsək bu ədəbi terminin yunan mənşəli olduğunu qeyd edə bilərik. Sözün hərfi mənası isə
"yumoristik-səfeh" deməkdir. Bədii nitqin bu üslub fiqurunun daha dəqiq tərifini versək :
“Oksimoron - bir hadisənin təsvirində kəskin əks, daxili ziddiyyətli xüsusiyyətlərin
birləşməsindən ibarət nitq fiqurudur.” Məhz bu fiqurun işlənmə tezliyinə isə nəzər yetirsək görərik
ki, oksimoronlar həm məişət-danışıq dilində, həm də bədii ədəbiyyatın dilində geniş istifadə
edilmişdir. Bədii ədəbiyyatda təzad yaratmaq, danışıq-məişət dilində isə ifadə etdiyi sözün məna
yükünü artırmaq üçün istifadə edilir. Məsələn, dilimizdə işlənən bəzi söz birləşmələrini, ifadələri
oksimoron adlandıraq:

acı sevinc; zəng səssizliyi; göz yaşı içində gülüş; yüksək səssizlik; isti buz; şirin acı; əsl
yalanlar; səmimi yalançı; qışqıran səssizlik; uzun an; orijinal surəti

Səssizin səsi

: Bu isim cümləsində təsirli ifadə yaratmaq üçün iki əkslik bir araya gətirilir. Sakit və

reaksiyalarını ifadə etməkdə çətinlik çəkən insanlara rəhbərlik edən şəxs və ya bu insanların ortaya
atdığı ümumi reaksiya oksimoronla güclü şəkildə eyniləşdirilib.

Şirin və acı:

Bu sifət ifadəsində düzəldilmiş oksimoron hər iki vəziyyəti ifadə edə bilər. “Şirin

acı” oksimoronu acılıq səviyyəsinin aşağı olduğu dad və digər hissləri təsvir edərkən və ya bu
acının xoş cəhəti olduğunu ifadə edərkən istifadə edilə bilər.

Müalicələr ümidsizdir

: Oksimoronda axtarılan heç bir çarənin şəfa olmadığı və həllə kömək

etməyəcəyi ifadə edilir.


background image

23

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Gecənin işığı

: Gecə və işıq bir-birinə zidd vəziyyətlərdir. Ancaq “gecənin aydınlığı” ifadəsi ilə

gecənin dinc və ürəkaçan bir tərəfi olduğunu vurğulamaq olar və gecəyə gözəllik qatan bir insan
və ya vəziyyət belə təsvir edilə bilər.

Demokrat diktator:

Demokrat və diktator sifətləri bir-birinə əksdir. Bununla belə, iki əks

ifadənin birləşdirilməsi sarkazm məqsədilə istifadə edilə bilər.

Verilmiş nümunələrdə mənaca əks olan hadisələrin təsviri və ya xüsusiyyətləri birləşdirilir,

nəticədə ifadəli bədii obrazın yaradılmasına kömək edən yeni semantik keyfiyyət yaranır.

Oksimoron, antiteza kimi, əksliklər üzərində qurulur, lakin bu üslub fiqurunun bir hissəsi

kimi onlar əks deyil, vahid bir bütövlükdə birləşir. Qarşılıqlar yeni obraz yaradır və həyatın
ziddiyyətli xarakterini əks etdirir. Gerçəklik fenomeninə verilən bu cür təriflər paradoksal xarakter
daşısa da, onlar sülh yolu ilə “bir yerdə yaşayır”, obrazlı desək, şifahi sənətkarın öz oxucularına
çatdırmaq istədiyi parlaq, ifadəli obraz yaradır.

Oksimoron həm üslub səhvi, həm də məqsədyönlü üslub vasitəsi ola bilər. Bəzən oksimoron

sadəcə olaraq dinləyicini və ya oxucunu çaşdırmaq, təəccübləndirmək və ya əyləndirmək üçün
nəzərdə tutulmuş söz oyunudur. İstənilən oksimoron sürpriz elementi ehtiva edir və bu
heyrətləndirmək üçün nəzərdə tutulur.

Oksimoronlar istər bədii ədəbiyyatda, istərsə də danışıd-məişət dilində ziddiyyəti

kəskinləşdirmək və təəccüblü üslub effektinə nail olmaq üçün qəsdən istifadə olunur. Məsələn,
situasiyanın absurd və paradoksunu göstərmək, yeni konsepsiya yaratmaq, bir hadisəni əks
tərəfdən işıqlandırmaq üçün istifadə edilir.

1.

Bədii əsərlərdə oksimoronlar

Ədəbiyyatda oksimoronlar yazıçıların duyğuları, düşüncələri və təsvirləri daha canlı etmək

üçün tez-tez istifadə etdiyi bir vasitədir. Bir-birinə zidd olan sözlərin birləşməsi mətnin emosional
intensivliyini artıra və oxucuya mətnlə daha dərindən əlaqə saxlamağa imkan verə bilər. Bundan
əlavə, oksimoron yaradıcılığı dəstəkləməklə ədəbi əsərlərə fərqli bir ölçü qatır.

Ədəbiyyatda oksimoronlardan istifadə mətnin ab-havasını, personajların daxili aləmini

zənginləşdirə bilər. Sevgi və nifrət, qaranlıq və işıq, acı və şirinlik kimi ziddiyyətli duyğular daha
güclü bir məna ifadə etmək üçün oksimoronlar ilə birləşdirilə bilər. Bu cür istifadələr ədəbi əsərin
oxucuya təsir edici və unudulmaz təcrübə təqdim etməsinə kömək edə bilər. Eyni zamanda,
oxymoronlar ədəbi əsərlərdə ironiya və yumor elementləri də yarada bilir. Ziddiyyətlərin üst-üstə
düşməsi oxucunun düşüncə dünyasında ziddiyyətli təsir yarada bilər və bəzən mətnin altında yatan
daha dərin mənanın açılması üçün istifadə oluna bilər.

Oksimoronlar dilin zənginliyini artırmaq, mənasını vurğulamaq, emosional təsir yaratmaq və

yaradıcılığı dəstəkləmək üçün istifadə olunur. İki sözün mənasında ziddiyyət oksimoronları təsirli
bir ritorik sənət formasına çevirir. Aşağıda oksimoronların istifadə məqsədlərini daha ətraflı
nəzərdən keçirək:

Oksimoron yüksək emosional ədəbi mətnlərdə istifadə olunur və mənanı vurğulamaq

yönümdən daha çox əsərlərdə işlədilir.Oksimoronlar ifadə ediləcək düşüncə və ya hissi
vurğulamaq üçün istifadə olunur. Ziddiyyətli sözlərin birləşməsi oxucunun və ya dinləyicinin
diqqətini cəlb edir və ifadənin altında yatan mesajı daha aydın çatdırmağa kömək edir.

Emosional təsirin yaradılması: Oksimoronlar emosional intensivlik və dərinlik yaratmaq

üçün ədəbiyyatda və dildə tez-tez istifadə olunan bir vasitədir. Ziddiyyətlərin üst-üstə düşməsi


background image

24

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

mətndə emosional konfliktin artmasına və oxucunun daha güclü emosiya yaşamasına səbəb ola
bilər.

Yaradıcılığın dəstəklənməsi: Oksimoronlar yaradıcılığı təşviq edir və mətnlərə fərqli ölçü

əlavə edir. Ziddiyyətli sözlərin birləşməsi yazıçıların düşüncələrini, hekayə üslubunu
zənginləşdirir.

Diqqəti cəlb etmək: Qeyri-adi və ya qeyri-adi ifadədən istifadə etmək oxucunun və ya

dinləyicinin diqqətini dərhal cəlb edə bilər. Oxymorons, sadəcə olaraq istifadə edilən ifadələrdən
daha diqqəti çəkən və yaddaqalandır.

İroniya və yumor yaratmaq: Oksimoronlar ziddiyyətli sözləri istehza və yumor elementləri

ilə bir araya gətirməyə imkan verir. Bu, işdə maraqlı və əyləncəli bir atmosfer yaratmaq üçün
istifadə edilə bilər.

Bütün bu məna yükün özündə ehtiva edən oksimoronlardan bədi əsərlərində geniş şəkildə

istifadə edən İ.Şıxlı əsərin məna yükünü daha da çalarlı və rəngarəng etmək üçün istifadə etmişdir.
Həmçinin yazıçı əsərindəki qoyduğu əsas ideyanı oxucu tərəfində dərk edilməsində bir növ oyun
xarakterli yanıltmaq yaradaraq ideyanın əsərin sonuna kimi gizlədilməsində böyük ustalıqla
istifadə etmişdir ki, buna misal olaraq aforizm səciyyəli fikirlərlə ömrünün qürub çağında yazdığı
“Ölən dünyam” əsərində də rastlaşmaq olur: Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış
cəmiyyətdən də kamil cəmiyyət ola bilməz.(1, 25) Yaz qışı, yay yazı, payız yayı əvəz etdiyi kimi
cəmiyyət də embrioloji mərhələlər keçməlidir. Əvvəlcə insanların zehnində kamillik yaranmalı,
təkamül yolunu keçib inqilaba gəlməlidir.” (1, 32) İlkin olaraq oksimoron sözünün
etimologiyasına bir nəzər salaq. Oksimoron sözü iki qədim yunan sözündən ibarət olaraq “kəskin
küt” anlayışını ifadə edir. Yəni, birinci söz olan "

Oxus

" "kəskin", ikinci "

Mōros

" sözü "küt" və

ya "ağılsız" mənasını ifadə edir.

Birlikdə götürdükdə, hərfi mənada " kəskin küt

" kimi

tərcümə olunur . Göründüyü kimi, 'oksimoron' termininin özü də bir söz olaraq ziddiyyətlidir.
Ədəbiyyatda oksimoronların işlənmə tezliyindən bəhs etsək də görərik ki, oksimoronlardan hələ
qədim yunan şairləri də geniş şəkildə istifadə edib. Oksimoron anlayışının ədəbiyyatda və ədəbi
nümunələrdə yerin müəyyənləşdirsək belə qeyd edə bilərik ki, oksimoron ədəbiyyatda söz və ya
ifadəyə yeni məna yaratmaq üçün iki ziddiyyətli termini qarşı-qarşıya qoyan obrazlı dil vasitəsi
kimi çıxış edir. E
yni zamanda oksimoronu həm də paradoks adlandıraraq əsrlər boyu yazıçı və
şairlər tərəfindən həyatın fitri ziddiyyətlərini və uyğunsuzluqlarını təsvir etmək üçün istifadə
edilmiş ədəbi cihaz kimi adlandıra bilərik. Oksimoron nümunələri ədəbiyyatda və nitqdə yumor,
istehza və ya sarkazm hissinə səbəb olmaq məqamlarında işlədilir. Məsələn, biz gündəlik
məişətimizdə və bədii dildə tez-tez rast gəldiyimiz bir neçə oksimoron nümunəsin qeyd edək:

Sevgi nifrət

- Biz sevgi-nifrət münasibətini paylaşdıq.

Kiçik böhran

- Süd yeni mərtəbəyə töküləndə kiçik bir böhran yaşadıq!

Səssiz qışqırıq

- Onların yorğunluğu kömək üçün səssiz qışqırıq kimi

proqnozlaşdırılırdı!

Sıfır tolerantlıq

- Zorluğa qarşı sıfır dözümlülük siyasətimiz var.

Qərəzsiz rəy

- Qərəzsiz fikrimi istəyirsiniz?

Ən az sevdiyim

dondurma dadı çiyələklidir.

Ədəbiyyatda isə oksimoronların nümunələrinə nəzər yetirsək bunlara həm nəzm, həm də
nəsr nümunələrində geniş şəkildə rast gələ bilərik. Şeirdə oksimoron nümunələrinin təsnifini
yaratsak həm Azərbaycan poeziyasından, həm də xarici poeziya nümunələrindən kifayət
qədər misal gətirə bilərik.
Oksimoronların bədii dildə efektivliyi nədən ibarət olduğun düşündükdə isə sadə bir nümunə ilə
bunun izzahını verək. Məsələn"O,

qüsursuz

bir yazıçıdır." Sadə cümlədə bir-birinə zidd olan bu

iki söz bizi dayandırıb düşünməyə vadar edir, beləliklə də tənqidi düşüncəyə səbəb olur.
Necə olur ki, yazıçı eyni zamanda həm mükəmməl, həm də qeyri-kamil ola bilər? Bu, onların
sadəcə orta səviyyəli olduqlarını bildirirmi? Kimi suallara cavab axtarmağa çalışsaq qeyd edə
bilərik ki, bu kimi bir oksimoronik ifadəni və ya ifadəni oxuyanda onun mənasını düşünmək və


background image

25

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

anlamaq üçün bir az vaxt ayırmalıyıq. Oksimoronlar yazıçılar və şairlər tərəfindən bizi iki dəfə
düşünməyə məcbur etmək üçün istifadə olunur. Oksimoronik bir cümlə və ya ifadədəki iki
ziddiyyətli söz, ilk növbədə, birbaşa əks olduqları üçün heç bir məna kəsb etməyə bilər. Başlamaq
üçün oksimorondan istifadə etmək əyləncəsinin bir hissəsi ola bilər. Biz oksimoronlar vasitəsi
ilə oxuduğumuz mətn haqqında başqa bir şeyin açılmasına kömək edə bilər, sözlərin bir-birinin
yanında qəribə istifadəsinin izzahı kimi verilə bilər.
Şeirdə, yaradıcı yazıda, nitqlər kimi inandırıcı parçalarda və hətta gündəlik söhbətdə
oksimoronların istifadəsini tapa bilərsiniz. Əsasən, kontrastdan istifadə edərək vurğu yaratmaq
istədiyiniz hər yerdə oksimoronlara rast gələ bilərik.

Bəs yazıçılar niyə oksimoronlardan istifadə edirlər? sualına gəldikdə isə deyə bilərik ki,

yazıçılar yazılarına dramatik təsir göstərmək üçün oksimoronlardan istifadə edirlər. İki təzadlı söz
yan-yana qoyulduqda bu, oxucuları dayanıb düşünməyə vadar edir və yazılmış nəsrin əsas
mahiyyətinin dərkinə gətirib çıxardır. Oksimoronlar ironiya, gerilim yaratmaq və ya ədəbiyyata
komediya əlavə etmək üçün istifadə edilə bilər. Ümumilikdə götürsək isə fikrimizi professor
Mahirə

Hüseynovanın

“Məntiqcə birgə işlədilməsi

mümkün

olmayan

belə sözlərin

bədii mətndə

mümkünlük

qazanması

təbii

ki,

müəyyən

səbəblərdən

doğan

məqsədlər

güdür.

M.

Hüseynov

bunu

oksimoronların

“güclü

ifadəliliyə,

ekspressiv-emosionallığa” malik olması ilə əlaqələndirir.”

(4)

Oksimoronun hər bir detalından geniş şəkildə əsərlərində istifadə edən dünya yazıçılarının

əsərlərindən də misal gətirə bilərik. Oksimoronların köməyi ilə rus və dünya ədəbiyyatının
klassiki A. S. Puşkin "Yevgeni Onegin" şeirində qızıl payızın parlaq, görünən obrazını yaradır:

Kədərli vaxtdır! Vay cazibədarlığı!

Sizin vida gözəlliyiniz mənim üçün xoşdur.

Mən təbiətin sulu çürüməsini sevirəm,

Qırmızı və qızılı geyinmiş meşələr.

Унылая пора! Очей очарованье!

Приятна мне твоя прощальная краса —

Люблю я пышное природы увяданье,

Вбагрецизолотоодетылеса.

(

3)

Nümunənin orjinal variantında bu misallar daha aydın şəkildə özünü göstərir. Həm tərcümə
variantında, həm də orjinal varinatdan gətirilmiş digər nümunə isə insan hisslərinin və
ehtiraslarının şiddətinin qaynadığı “Muza” şeirindəndir. Burada şair A. A. Fet oksimorondan
mətnin məna yükünü, çalarlığını, emosional hiss-həyəcanlılığın artırmaq üçün istifadə etmişdir.

Əziyyət çək! Hər kəs əziyyət çəkir, qaranlıq heyvan əziyyət çəkir;

Ümidsiz, şüursuz,

Amma oradakı qapı həmişəlik onun qarşısında bağlıdır,


background image

26

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Əzab içində sevincin parıldadığı yerdə.

Страдать! Страдают все, страдает тёмный зверь;

Без упованья, без сознанья,

Но перед ним туда навек закрыта дверь,

Где радость теплится страданья

(

3.)

Çarlz Dikkensin “İki Şəhərin Nağılı” əsəri məhz, elə "Zamanların ən yaxşısı idi, zamanların ən
pisi idi"(2) bu məşhur oksimoronla başlaması oksimoronların hər birin əsərin əsas ideyasını təşkil
etdiyini biruzə verir. Mark Tvenin "Hüklberri Finnin sərgüzəştləri" romanında "jumbo karides" və
"olduqca çirkin" kimi oksimoronlardan yumoristik şəkildə istifadə olunduğu kimi,Oskar Uayl da
öz "Dorian Qreyin şəkli" romanında estetik və əxlaqi mürəkkəblikləri əks etdirmək üçün
"gəncliyin çürüməsi" və "gözəl çirkin" kimi oksimoronlardan böyük ustalıqla istifadə etmişdir.
Digər bir rus şairinin əsərindən misal gətirsək görərik ki. Oksimoronlar fikrin daha emosional və
çalarlı ifadəsi üçün istifadə edilmiş ən rahat leksik vahiddir. Hər bir dildə rahar istifadə edilən
üsul, formadır, leksik fiqurdur. Əsərlərin təsir gücünü qüvvətləndirən dil vahididir. Digər bir
misalda isə rus şairi N. A. Nekrasovun "Yazıq və geyinmiş" şeirində istifadə edən leksik
nümunəni misal gətirə bilərik. Burada xalqdan bir qız obrazını çəkir. Şair taleyinin faciəsini
vurğulamaq üçün əks anlayışlardan istifadə edir:

Baxışların narahat incəliyi,

Və saxta boya ağrıyır,

Və paltarın bədbəxt lüksü.

Hər şey onun xeyrinə deyil.

Беспокойная ласковость взгляда,

И поддельная краска ланит,

И убогая роскошь наряда —

Всё не в пользу её говорит.

(

(3.)

Dünya ədəbi nümunələrə də nəzər salsa bu çür nümunələrin sayın artıra bilərik ki, ilk olaraq
Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərindən gətirdiyimiz nümunələri qeyd edə bilərik:
“Sevgili nifrət” və “ağır yüngüllük” kimi bir çox oksimorona bu məşhur tamaşada rast gəlinir.

Digər bir nümunəni 1984-cü ildə George Orvellinqləmə aldığı “Oruellin distopik”

romanında "1984" –cü ildəki totalitar rejimin ikiüzlülüyünü ifadə etmək üçün "Müharibə sülhdür"
və "Azadlıq köləlikdir" kimi oksimoronları misal göstərərək, qeyd edə bilərik ki, məhz bu tip
oksimoronlarda yazıçı həmin dövrün ictimai-siyasi durumunu ustalıqla təsvir etmişdir. Bu cür
nümunələri istər Azərbaycan ədəbiyyatından, istərsə də dünya ədəbiyyatından saysız-hesabsız
çəkə bilərik. Azərbaycan ədəbiyyatının görkəmli şair və yazışıları S.Vurğun, Y.Səmədoğlu,
B.Vahabzadə və s. bu kimi nümayəndələri oksimoronlardan istifadə etmişlər.


background image

27

www.wordlyknowledge.uz

ILMIY METODIK JURNAL

Nəticə / Sonuç

“ Bədii dildə oksimoron yaratmaq –oksümoronları antonim sözlərin növlərindən biri hesab edən B.
Xəlilov: “Onlar antonimlərin növlərindən biri kimi, məntiqi cəhətdən bir-birinə zidd olan söz,
söz birləşmələri və ifadələrdən əmələ gəlir” (4). Dilçi antonimlərin bu növünün işlənərkən
“obrazlı bir ifadə” kimi başa düşüldüyünüqeyd edir. Prof. Mahirə Hüseynova isə “bu
birləşmələrdə sifət
təyin etdiyi ismə mənaca əks olur və bununla da təyin etdiyi obyekti yumor və ya ironiya ilə təsvir
edir”( 4)
Nəticə etibarı ilə deyə bilərik ki, oksimoronlar:
1.

1danışıq dilində ümumiişlək sözlər qrupuna daxil etmək olar;

2.

Oksimoronlar bədii ədəbi əsərlərin əsas mətnaltı mənaların ifadə edir və

qüvvətləndirir;
3.

Oksimoronlar dilçiliyin ən mühüm sahələrindən biridir və daim tədqiqinə ehtiyac

duyulur.
4.

Nümunə əsasında göstərildi ki, oksimoronlar ədəbiyyatda, əsərlərdə əsas funkdiyanı

oynayır.

Kaynakça/References

1.

İsmayıl Şıxlı.Seçilmiş əsərləri. Bakı:Yazıçı. 2005.s.807

2.

Tugberk Karan. Oksimoron : Tezatlıktaki Anlam Oct 4, 2023

https://medium.com/yetkingencler/oksimoron-tezatl%C4%B1ktaki-anlam-492153dfc6dd
3.

Оксюморон. Определение и примеры в художественной литературе.2019

Источник: https://russkiiyazyk.ru/leksika/chto-takoe-oksyumoron.html

4.

Hüseynova Mahirə. Filologiya məsələləri, 2017 http://genderi.org/microsoft-word-2017-ci-

doc.html?page=2

Библиографические ссылки

İsmayıl Şıxlı.Seçilmiş əsərləri. Bakı:Yazıçı. 2005.s.807

Tugberk Karan. Oksimoron : Tezatlıktaki Anlam Oct 4, 2023

https://medium.com/yetkingencler/oksimoron-tezatl%C4%B1ktaki-anlam-492153dfc6dd

Оксюморон. Определение и примеры в художественной литературе.2019

Источник: https://russkiiyazyk.ru/leksika/chto-takoe-oksyumoron.html

Hüseynova Mahirə. Filologiya məsələləri, 2017 http://genderi.org/microsoft-word-2017-ci-doc.html?page=2

inLibrary — это научная электронная библиотека inConference - научно-практические конференции inScience - Журнал Общество и инновации UACD - Антикоррупционный дайджест Узбекистана UZDA - Ассоциации стоматологов Узбекистана АСТ - Архитектура, строительство, транспорт Open Journal System - Престиж вашего журнала в международных базах данных inDesigner - Разработка сайта - создание сайтов под ключ в веб студии Iqtisodiy taraqqiyot va tahlil - ilmiy elektron jurnali yuridik va jismoniy shaxslarning in-Academy - Innovative Academy RSC MENC LEGIS - Адвокатское бюро SPORT-SCIENCE - Актуальные проблемы спортивной науки GLOTEC - Внедрение цифровых технологий в организации MuviPoisk - Смотрите фильмы онлайн, большая коллекция, новинки кинопроката Megatorg - Доска объявлений Megatorg.net: сайт бесплатных частных объявлений Skinormil - Космецевтика активного действия Pils - Мультибрендовый онлайн шоп METAMED - Фармацевтическая компания с полным спектром услуг Dexaflu - от симптомов гриппа и простуды SMARTY - Увеличение продаж вашей компании ELECARS - Электромобили в Ташкенте, Узбекистане CHINA MOTORS - Купи автомобиль своей мечты! PROKAT24 - Прокат и аренда строительных инструментов