JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 14, issue 01, 2025
ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431
ILMIY METODIK JURNAL
Ulduz Fərhad Qəhrəmanova
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Ədəbiyyat” kafedrasında dosent əvəzi
,
Orcid İD: 0009-0003-4418-9319
HEKAYƏ VƏ ONUN MƏZMUNCA NÖVLƏRI: NOVELLA VƏ BƏDII OÇERK
Annotasiya:
Məqalədə yazılı ədəbiyyatda epik növ məsələsi izah edilmişdir. Daha sonra yazılı
epik növün aparıcı janrlarından olan hekayə və onun məzmunca növləri də təhlil edimişdir. Belə
ki, hekayənin məzmunca növlərinə daxil olan novella və bədii oçerkin nəzəri məsələləri, fərqli
xüsusiyyətləri tədqiqatçı tərəfindən özünəməxsus şəkildə təhlil edilmişdir.
Açar sözlər:
yazılı ədəbiyyatda epik növ, janrlar, hekayə, novella, bədii oçerk.
Annotation:
The article explains the issue of the epic genre in written literature. Then, the story,
which is one of the leading genres of the written epic genre, and its content types are also
analyzed. Thus, the theoretical issues and different features of the novella and fiction essay,
which are included in the content types of the story, were analyzed by the researcher in a unique
way.
Keywords: epic genre in written literature, genres, story, novella, fiction essay
Bədii əsərlər öz quruluşları, formaları, həcmlərinə görə bir-birindən fərqlənir. Hələ e.ə. Aristotel
bədii əsərləri epik, lirik, dramatik kimi 3 növə ayırmışdır. Fransızcadan götürülmüş janr sözünün
mənası cins və ya növ deməkdir. Ədəbi növlər bütün ölkələrdə eyni zamanda, eyni şəkildə
yaranmamışdır. Qədim Yunanıstanda əvvəl epos, sonra lirika, sonra dram yaranmışdır.
İngiltərədə isə əsasən əvvəlcə dram, sonra lirika, sonra epik janr inkişaf etmişdir. Azərbaycan
ədəbiyyatında isə əvvəl lirika, sonra epik janr, daha sonra dramaturgiya XIX əsrdən inkişaf
etməyə başlamışdır.
Bədii yaradıcılıqda maddi aləmin, cəmiyyətin, ictimai varlığın təhkiyə, nəql yolu ilə təsvirinə
epik növ deyilir. Epik növ II və III şəxsin dilindən nəql edilir. Epik növ özünü həm şifahi xalq
ədəbiyyatında, həm də yazılı ədəbiyyatda aşağıdakı janrlarda əks etdirmişdir.
I. Epik növün şifahi xalq ədəbiyyatına daxil olan janrları:
1.Epos 2.Dastan 3.Əsatir 4.Əfsanə 5.Rəvayət 6. Nağıl 7. Lətifə
II. Epik növün yazılı ədəbiyyatına daxil olan janrları:
1.Hekayə 2. Novella 3.Povest
4. Roman
5. Bədii oçerk 6. Felyeton 7. Təmsil
8. Xatirə ədəbiyyatı (memuar)
9. Epik poema 10. Biblioqrafiya və s.
Epik əsərin cövhəri, mayası hər hansı bir həyat hadisəsidir. Məhz bu hadisə vasitəsi ilə
qəhrəmanların xarakteri açılır, onların arzu və düşüncələri bədii-təsvir obyektinə çevrilir.
Hadisəçilik epizmin ən xarakterik cəhəti olsa da, hər cür hadisə müəllif məramının, əsərin əsas
ideyasının açılmasında eyni dərəcədə xarakterik deyildir. Ən xarakterik hadisə əsasında əsər
JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 14, issue 01, 2025
ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431
ILMIY METODIK JURNAL
qurmaq sənətkardan xüsusi məharət tələb edir. Hadisə gərək həm təsvir olunan dövrün real
mənzərəsini verməyə, həm hadisələrin iştirakçısı olan insanların xarakterinin açılmasına, həm də
müəllif qayəsinin, əsərin ideyasının ifadəsinə kömək etməsidir.
Epik sözü yunanca eposdan alınmışdır və mənası nağıl etmək deməkdir. Belə əsərlərdə yazıçı
insanlar, hadisələr və ümumən həyat həqiqəti haqqında söyləmək yolu ilə varlığı təsvir edir. Epik
əsərlərdə süjet, əhvalat, tip və tipik şərait mühüm əlamətlərdir. Burada əsas məsələ söz
düzümündə deyil, hadisədədir. Elə buna görə də bütün epik əsərlərdə süjet olduqca vacibdir.
Süjetsiz hadisə, hadisəsiz isə epik əsərlər təsəvvürə gəlmir.
Epik əsərlərə aid olan epos sözünün II mənası da vardır. Belə ki, şifahi xalq ədəbiyyatına
məxsus janr olan xalq poemalarına, xalq dastanlarına da epos deyilir. Məsələn: “Koroğlu” eposu,
“Aşıq Qərib” eposu və s.
Epik əsərlər şəkli yazılışına görə 3 formada olur:
1.Nəzm formasında:
Janr baxımından əsasən klassik poemalar və təmsillər, alleqorik əsərlər
bura daxildir. Klassik ədəbiyyatımızda nəzm formalı epik əsərlərin gözəl, fundamental
nümunələri yaradılmışdır. Xaqaninin, Nizaminin, Xətainin, Fədainin, Arif Ərdəbilinin,
Əvhədinin və başqalarının məsnəvi poemaları nəzm formalı epik əsərlərin gözəl, bənzərsiz
nümunələridir.
2.
Nəsr formasında:
Janr baxımından əsasən hekayə, novella, povest, oçerk, romanlar və s. bura
daxildir. M.S.Ordubadinin romanları, Y.V.Çəmənzəminlinin hekayə və romanları və s.
3.
Həm nəsr, həm də nəzm formasında.
Yəni eyni əsərin içində nəsrlə nəzmin növbələşməsi.
Məsələn: A.Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi
Epik əsərlər üçün ən xarakterik cəhətlərdən biri monumentallıqdır. (möhtəşəmlilikdir-U.Q.)
Epik növdə həyatı bütün ziddiyyətləri ilə göstərmək imkanları böyükdür. Lakin epik əsərlərin
hamısı eyni həcmdə olmur. Ədəbiyyatşünaslıq kitablarında epik əsərlər əsasən formaca 3 yerə
ayrılır:
Kiçik həcmli epik əsərlər. Həyatın bir epizodu, bir momenti verilir: təmsil, hekayə, novella,
oçerk daxildir.
Orta həcmli epik əsərlər. İnsan həyatının bir dövrü, bir mərhələsi təsvir edilir və bir neçə
tiplər verilə bilər: povest daxildir.
Böyük həcmli epik əsərlər. İnsan həyatının tam təfərrüatı ilə verilən həyat yolu təsvir edilir. Bir
çox tiplər və onların silsiləsi verilə bilər: roman, epopeya daxildir. Ədəbiyyat tariximiz o qədər
zəngindir ki, bu ədəbi janrların hamısına nümunələr gətirmək problem deyildir. “Şamo”, “Saçlı
qız” kimi çoxşaxəli bir epopeyaların yaranması ədəbiyyat tariximizdə əhəmiyyətli bir hadisədir.
Epik əsərlərin ən çevik, geniş yayılan janrlarındandır. Mir Cəlalın sözü ilə desək: “Şifahi
ədəbiyyatda nağıl nədirsə, yazılı ədəbiyyatda hekayə odur”. Lakin nağıl ilə hekayəni
eyniləşdirmək olmaz.
Yazılı ədəbiyyatda
xalq nağıllarının ruhuna uyğun
müəllif nağılları
(müəllifi məlum olan nağıllar-U.Q.)
da vardır ki, buna ədəbiyyatşünaslıqda
“ədəbi nağıllar”
deyirlər. Uşaq ədəbiyyatı üçün daha xarakterik olan ədəbi nağıllar müəllif təxəyyülünün
məhsuludur. Bu tipli əsərlərdə real həyat hadisələri müəllif məramının ifadəsinə kömək edən
fantastik, xəyali, uydurma, romantik hadisələrlə qovuşuq şəkildədir. Hətta ən adi ot, çiçək ,
yarpaq, ağac, heyvan da nağıl qəhrəmanı ola bilər. Ədəbi nağıllar nəsrlə, nəzmlə də yazıla bilər.
JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 14, issue 01, 2025
ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431
ILMIY METODIK JURNAL
Nəzmlə yazılan ədəbi nağıllara mənzum nağıl deyilir. Hekayədə isə məzmun etibarı ilə real həyat
hadisələri təsvir olunur. Hər hansı bir real insanın başınagələn xarakterik hadisə obrazların daxili
dünyasını açmaq vasitəsinə çevrilir.
Hekayə üçün qəhrəmanın bütün ömür yolunun, başına gələn əhvalatların hamısının təsviri
önəmli deyildir. Hər hansı bir xarakterik hadisə, epizod hekayənin məzmununu təşkil edə bilər.
Məsələn: “”Poçt qutusu” hekayəsində Novruzəlinin məktubu aparıb poçta atması qəhrəmanın
həyatının adi bir epizodudur. Lakin qüdrətli qələm sahibi, kiçik hekayələr ustası Cəlil
Məmmədquluzadə bu xarakterik epizod vasitəsilə öz qəhrəmanının mədəni tərəqqidən geriliyini,
eyni zamanda mənəvi təmizliyini, ağasına sədaqətini məharətlə açıb göstərə bilmişdir. Xarakterik
hadisə uzun-uzadı təsvirləri, müəllif mülahizələrini arxa plana keçirmişdir.
Hekayə dünya ədəbiyyatının aparıcı janrlarındandır. Meksika yazıçısı Xuan Rulfo hekayəni
romandan daha vacib və daha çətin janr hesab edərkən ona əsaslanırdı ki, yazıçı hekayə yazarkən
bir neçə səhifədə öz əsas fikrini, ideyasını, məqsəd və məramını oxucuya çatdırmağa nail
olmalıdır. Rus ədəbiyyatında “rasskaz”, italyanlarda “novella”deyilən bu janr əsasən realist bir
əsərdir. Müasir, yeni, fəal realist bir janr olan hekayə quruluşca o qədər də mürəkkəb bir şəkil
deyildir. Hekayədə müəyyən bir əhvalatın təfsilatı yox, yığcam, əsas xarakter səhnəsi verilir və
bu səhnə vasitəsilə əhvalat tamamilə ifadə olunur.
Azərbaycan ədəbiyyatında hekayənin formalaşıb inkişaf etməsi XIX əsrdən başlayıb XX əsrdə
çiçəklənmişdir. Hekayə real həyat materialına əsaslanan bir janrdır. Hekayə kiçik həcmli nəsr
əsəridir. Surətlərin sayı az olur. Hekayədə hadisələrin yığcam verilməsi zəruri şərtlərdən biridir.
Əhvalatın geniş təsvirinə ehtiyac qalmır. Hekayəyə xarakterikdir:
Yazıçının müşahidə etdiyi konkret həyat hadisəsi. Məhdud bir zamanda, məkan daxilində
yığcam, bitkin, realist bədii təsvir verilir. Yəni hekayədə müəyyən bir əhvalatın təfsilatı yox, əsas
xarakterik səhnəsi verilmişdir.
Bir və ya iki surətlə baş verən əhvalatın təsviri. Ona görə də hekayədə, əsasən, bir surətin
həyatı və taleyindən, konkret bir hadisədən danışılır. Hekayədə tipin həyatından müəyyən bir
epizod, konkret bir dövr verilir.
Şirin, sadə təhkiyə (söyləmə üsulu) hekayə üçün əsasdı.
Hekayədə süjet birxətli olur. Süjet şaxələnmir və bir xətt üzrə inkişaf edir.
Yazılış formasına görə hekayə 2 şəkildə olur.
I.Nəzm şəklində:
Mənzum hekayələr, yəni nəzmlə yazılan hekayələrdir. Azərbaycan
ədəbiyyatında azərbaycan dilində yazılmış ilk mənzum hekayə müəllifi Məhəmməd Əmani
olmuşdur. (XVI-XVII əsr sənətkarı) Bundan başqa Q.Zakirin, S.
Ə.Şirvaninin, Əli Nəzminin, M.S.Ordubadinin də mənzum hekayələri vardır.
II.Nəsr şəklində: Mənsur hekayələr. Azərbaycan ədəbiyyatı tarixində nəsrlə yazılan ilk
hekayələrimiz:
1.Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” (1819-cu ildə yazılmışdır) hekayəsi
2. İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” (1835-ci ildə yazılmışdır, fransız dilində)
hekayəsi
3.Abbasqulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” (1837-ci ildə yazılmışdır) hekayəsi
JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 14, issue 01, 2025
ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431
ILMIY METODIK JURNAL
Azərbaycan ədəbiyyatı tarixində 4 böyük hekayənəvislər: Cəlil Məmmədquluzadə,
Ə.Haqverdiyev, Mir Cəlal, Y.V.Çəmənzəminli
Şifahi ədəbiyyatda nağıl nədirsə, yazılı ədəbiyyatda hekayə odur hökmünü M.Cəlal və
P.Xəlilov vermişdir. Mirzə Cəlil hekayə janrını ən yüksək səviyyəyə qaldırdı, milli ədəbiyyatın
janrı kimi pasportlaşdırdı. Hekayə üçün başlıca cəhət xarakterin açılmasıdır. Mirzə Cəlilin eyni
adlı hekayəsində Qurbanəli bəyin xarakteri ilə hekayə daha çox yadda qalır. Hekayənin müxtəlif
növləri vardır: məişət, satirik, məhəbbət hekayələri və s.
Hekayənin iki elmi bölgüsü vardır:
1. Xarakterlər hekayəsi: Obrazların konflikti üzərində qurulur.
2. Vəzəiyyətlər hekayəsi: Hadisələr, situasiyalar üzərində qurulur.
Hekayə müəllif fantaziyası ilə yoğrulan bədii janrdır. Ona görə də hekayədəki bədiilik süjetin
uydurma olmasındadır. Deməli, hekayədəki bədiilik onun müəllif fantaziyası ilə
yoğrulmasındadır. Hekayənin də məzmunca növləri vardır. Novella və oçerk
1.Novella:
Hekayənin bir növüdür. Lakin novella üçün ən xarakterik bir cəhət vardır. Bu da
ondan ibarətdir ki, novellada hadisələr gözlənilməz sonluqla bitir. Yəni: novella hekayə janrının
gözlənilməz nəticə ilə qurtaran ən yığcam şəklidir. Novella adlanan nəsr əsəri də hekayə
deməkdir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən xüsusiyyətlər:
1. Məzəlilik və qəribəlik
2. Novellada hadisənin qeyri-adi, gözlənilməz sonluqla bitməsidir, hekayə isə gözlənilən
sonluqla bitir.
3. İntriqa
XIV-XV əsrlərdə İtaliyada yaranan bu janr tezliklə bütün dünya ədəbiyyatının aparıcı
janrlarından birinə çevrilmişdir. Novella janrı hələ e.I əsrlərində yunan ədəbiyyatında doğmuş
olmasına baxmayaraq öz həqiqi inkişafını ancaq sonralar-XIII-XIV əsrlərdə İtaliyada tapmışdır.
Novellanın mənşəyi məişət lətifələridir. Bu əsərlər şəhər və kənd həyatının macəralarından,
sərgüzəştlərindən, məişət hadisələrindən doğmuşdur. İlk dəfə olaraq İtaliya yazıçıları xalq
arasında dolaşan məişət lətifələri üzərində novella yazmağa başlamışdılar. XV əsrdə novella
janrını yüksək bir səviyyəyə qaldıran Bokkaçço olmuşdur. Bokkaççonun “Dekameron”u
novellanın ən xarakter və parlaq nümunələrindən ibarət bir əsəridir. Bokkaççonun məhşur
“Dekameron” əsəri yüz novelladan ibarətdir. “Dekameron”un ayrı-ayrı hekayələrinin süjetini
“İtaliya lətifələrindən” götürmüşdür. “Dekameron” xalq arasında yayılmış azad sevgi haqqında
şirin novellalardan ibarətdir. “Novella” sözünün özü də “təzə xəbər” mənasındadır. Novella
XIV-XV əsrdə İtaliyada “faset”, Fransada “fablo”, Almaniyada “şavnk”, Rusiyada “novella”
adlandırılmışdır. Novellada final heyrət oyadır, oxucunu düşündürür.
İtaliya yazıçısı Bokkaççonun, fransız yazıçısı Mopassanın, türk ədibi Səbahəddin Alinin,
Əziz Nesinin, rus yazıçısı Puşkin, Qoqol, Çexovun novellalanın ən böyük ustadı hesab edilir.
Azərbaycan ədəbiyyatında Ə.Haqverdiyevin “Bomba”, C.Məmmədquluzadənin “Qurbanəli bəy”,
Mir Cəlalın “Badamın ləzzəti” novellalarının və s. özünəməxsus yeri vardır. Məsələn: Mir
Cəlalın “Badamın ləzzəti” novellasını nəzərdən keçirək. İlk nəzərdə oxucu belə qənaətə gəlir ki,
əsərdə meyvədən, onun ləzzətindən danışılacaqdır. Lakin əsəri oxuyanda məlum olur ki, burada
danışılan əhvalat qoca bir qadının seçki məntəqəsində çağırılmış iclasda iştirakı ilə əlaqədardır.
Badam isə həmin qoca arvadın adıdır. Badam ömründə ilk dəfə hamı üçün ləzzətli bir iş görür. O,
əsl simasını gizlətmiş bir adamı ifşa edir. “Badamın bu ləzzəti” oxucu üçün gözlənilməz olur.
JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 14, issue 01, 2025
ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431
ILMIY METODIK JURNAL
2.Bədii oçerk:
Hekayə müəllif fantaziyası ilə yoğrulan bədii janrdır. Ona görə də hekayədəki
bədiilik süjetin uydurma olmasındadır. Deməli, hekayədəki bədiilik onun müəllif fantaziyası ilə
yoğrulmasındadır. Hekayənin də məzmunca növləri vardır. Novella və oçerk
Epik növün yazılı janrlarından olan oçerk sanki sənədli hekayədir, çünki burada müəllif
fantaziyasına yol verilmir. Müəllif fantaziyasına yol verməmək oçerki bədiilikdən uzaqlaşdırıb
elmiliyə tərəf aparır. Oçerkin əsasında konkret həyati faktlar, sənədlər, əhvalatlar durur. Oçerk
məqalə ilə hekayə arasında dayanan janrdır. Oçerki hekayəyə yaxınlaşdıran onun bədiilik
keyfiyyətidir. Oçerkdə həyati fakt və hadisələri müəllif fantaziyası ilə əks etdirmə də əsasdır.
Lakin hekayədən fərqli olaraq oçerkdə uydurulmuş əhvalata yol verilmir. Ancaq hekayədə
uydurulmuş əhvalatlardan danşılır. Oçerkin məqaləyə yaxınlaşması bu janrın publisistik janra
yaxınlaşması deməkdir. Belə ki, hər hansı məqalədə, qəzetlərdə yazılan yazılarda dəqiq tarixlər
qeyd edilibsə, bir az da bədiilik qatılıb yazılıbsa, bu bədii oçerkdir. Ümumiyyətlə, qəzetlərdə
yazılan məqalələrin çoxu oçerkdir. Çünki burada nə haqqında yazılrsa, bədiiliklə yanaşı mütləq
dəqiq faktlar, tarixlər verilir.
Oçerk epik növün təsviri üslubunda yazılan çevik janrıdır. Oçerkdəki elmilik konkret
sənədlərdən, faktlardan ibarət olmasından irəli gəlir. Oçerk surətli hekayənin bir formasıdır.
Oçerkin əsas məqsədi həyat haqqında surətli həqiqi bir məlumat verməkdir. Oçerkin materialı
konkret, faktik hadisə və həyatla bağlıdır. Bədii oçerk populyar janrdır.
Oçerk Avropa ədəbiyyatında XVIII əsrdən geniş yayılmışdır. İngiltərə, Almaniya və Fransada
ümumxalq hərəkatına hazırlıq dövründə oçerklər yazılmışdır. Bu zaman oçerkdən bədii-siyasi
forma kimi istifadə olunmuşdur. Bədii oçerk bir janr kimi H.Veyert və İ. Volf yaradıcılığının
ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan ədəbiyyatında isə XX əsrin əvvəllərində
yaranmağa başlamışdır.
Bədii oçerk fabulasız olmur. Fabula da süjetdən fərqli olaraq faktın naturasıdır, yəni özüdür.
Deməli bədii oçerkdə fakt fabula hesab edilir. Bu janr bədii uydurmanı, faktları böyütməyi, ya
kiçiltməyi, obrazları əlavə boyalarla canlandırmağı tələb etmir. Bədii oçerkin hekayədən əsas
fərqi:
Bədii oçerk dəqiq faktlara, rəqəmlərə əsaslanır, ona görə də faktlaşdırma təsviri özünü
göstərir.
Hekayədə həyat hadisələri ümumiləşdirməyə əsasən olur, ümumiləşdirmə də bədiiliyə gedən
yoldur.
Yazıçı oçerk yazarkən ictimai həyatın bütün sahələrindən: tarixdən, elmi-mədəniyyət
xadimlərinin həyatından, müharibə qəhrəmanlarının fəaliyyətindən, ailə-məişət problemlərindən
mövzu götürə bilər. Azərbaycan ədəbiyyatında Mirzə İbrahimovun, Mir Cəlalın və b. oçerk
janrına müraciətini görə bilərik.
Ədəbiyyat:
1.Xalid Əlimirzəyev, ( 2008) “Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları”, Bakı
2. Mir Cəlal, Pənah Xəlilov,( 2005) “Ədəbiyyatşünaslığın əsasları”, Bakı, Çaşıoğlu
3. Məmməd Əliyev, (2000) “Ədəbiyyat nəzəriyyəsinin əsasları”, Bakı
9. Məhəmmədəli Mustafayev, (2021) Ədəbiyyat nəzəriyyəsi, Bakı
JOURNAL OF IQRO – ЖУРНАЛ ИҚРО – IQRO JURNALI – volume 14, issue 01, 2025
ISSN: 2181-4341, IMPACT FACTOR ( RESEARCH BIB ) – 7,245, SJIF – 5,431
ILMIY METODIK JURNAL
4.Nizaməddin Şəmsizadə, (2012) “Ədəbiyyat nəzəriyyəsi”, Bakı
5. Rafiq Yusifoğlu, (2001) “Ədəbiyyatşünaslığın əsasları”, Bakı
6. Rəhim Əliyev, (2008) “Ədəbiyyat nəzəriyyəsi”, Bakı
